Əziz Ələkbərli: “Siyasi münasibətlər gələcək əməkdaşlığın platformasıdır”
Tarix: 28-02-2025 | Saat: 08:10
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

“BMT-dən sonra dünyada ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatının üzvü olduqdan sonra Azərbaycanın siyasi və iqtisadi imkanları daha da artmış, ölkəmizin iqtisadi, siyasi və mədəni əlaqələr coğrafiyası xeyli genişlənmişdir. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasətin nəticəsi olaraq ölkəmiz bu təsisata uğurla rəhbərlik etməklə onun beynəlxalq aləmdə nüfuzunu və rolunu gücləndirib, böyük uğura imza atıb.
Dövlətimizin başçısı cənab İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi beynəlxalq müstəvidə davamlı və ardıcıl şəkildə irəli sürdüyü təşəbbüs və təkliflər daim həm Hərəkat üzvü olan dövlətlərin, həm də digər ölkələrin geniş dəstəyini qazanıb.”
Bu sözləri aia.az-a açıqlamasında millət vəkili, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri Əziz Ələkbərli söyləmişdir.
Millət vəkili qeyd edib ki, “Azərbaycanın Hərəkata sədrliyi dövründə həyata keçirdiyi ən önəmli fəaliyyətlərdən biri peyvənd millətçiliyinə qarşı mübarizə aparması oldu. Prezident İlham Əliyev Fransanı Afrika, Cənub-Şərqi Asiya və digər ərazilərdə Qoşulmama Hərəkatının üzvü olan ölkələrə qarşı müstəmləkə keçmişinə, qanlı müstəmləkə cinayətlərinə, eləcə də soyqırımı aktlarına görə üzr istəməyə və məsuliyyətini etiraf etməyə çağırdı.
Bu çağırışlarla bərabər, pandemiya dövründə əhəmiyyətli yardım və dəstəyini əsirgəməyən Azərbaycana qarşı Cənub-Şərqi Asiya və Afrika ölkələrində ciddi maraq oyanmışdır. Bir sıra Afrika ölkələri, Konqo, Somali və Qvineya-Bisau kimi dövlətlər bu maraqdan çıxış edərək ölkəmizlə bir sıra sahələr üzrə əməkdaşlıq etmək qərarına gəlmişlər. Konqo və Somali respublikalarının rəhbərlərindən sonra fevralın 27-də ölkəmizə rəsmi səfərə gələn Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo yüksək səviyyədə qarşılanmış, hər iki ölkə rəhbəri təkbətək görüşdə bir sıra məsələləri müzakirə etmişlər. Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Qvineya-Bisau Respublikasının Prezidenti Umaru Sisoku Embalo mətbuata bəyanatlarla çıxış ediblər.
Hər iki ölkə rəhbəri çıxışlarında əməkdaşlığın yeni imkanlarından söz açmış, bundan sonra da dostluq əlaqələrinin, beynəlxalq təsisatlarda qarşılıqlı əməkdaşlığın davam etdiriləcəyini bildirmişlər.”
Əziz Ələkbərli qeyd edib ki, “cənab Prezident İlham Əliyevin bu səfəri tarixi səfər adlandırması təsadüfi deyildir. İƏT və BMT kimi böyük beynəlxalq təşkilatlarda daim ölkəmizə dəstək verən ölkələrdən biri kimi Qvineya-Bisau ilə bir sıra sahələrdə - xüsusən, səhiyyə, təhsil və müdafiə sənayesi sahəsində əməkdaşlıq imkanları genişdir və gələcəkdə belə əməkdaşlığın ciddi faydası olacağı şəksizdir. Bu da öz növbəsində Azərbaycanın həm iqtisadi, həm siyasi maraqlarına uyğun olmaqla bərabər, onun dostlarının sayının artması deməkdir. Cənab İlham Əliyev bu imkanların əməli işə çevriləcəyinə, yaxın müddətdə daha geniş müstəvidə əməkdaşlığın baş tutacağına işarə edərək demişdir: “Biz iqtisadi sahədə belə bir razılığa gəldik ki, konkret layihələr, investisiya imkanları müəyyən edilsin. Əminəm ki, beləliklə, biz ümumi məxrəcə gəlib çıxacağıq.”
Müsahibimiz sonda əlavə etmişdir ki, “zahirən sıradan biri kimi görünən rəsmi səfərlərin hər biri gələcəyə hesablanmış siyasətin tərkib hissəsidir. Daim pesrpektiv fəaliyyəti strateji hədəf seçən cənab Prezident İlham Əliyevin xarici siyasətində bir xətt özünü qabarıq göstərir. Bu xətt dostların sayını atrtırmaq, əməkdaşlıq imkanlarını genişləndirmək və gələcəyə qoyulan sərmayəni davamlı inkişafa çevirməkdən ibarətdir. Cənab Prezidentin bəyanatında deyildiyi kimi “Bir sözlə, gündəlik genişdir, ən vacibi isə odur ki, bizim sıx qardaşlıq münasibətlərimiz var, beynəlxalq təsisatlarda bir-birimizi dəstəkləyirik və biz konkret layihələri icra etmək istəyirik. Çünki siyasi münasibətlər bunun üçün bir platforma kimi xidmət edir.”
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
28-02-2025