Mobil versiya
Əziz Ələkbərli: “Zəngəzur dəhlizi mütləq açılacaqdır. Bu, zamanın qiqtəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin aydın mövqeyi və qəti tələbidir”
Tarix: 31-01-2025 | Saat: 08:44
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-9 | çapa göndər

Əziz Ələkbərli: “Zəngəzur dəhlizi mütləq açılacaqdır.  Bu, zamanın qiqtəsi, Müzəffər Ali Baş Komandan İlham Əliyevin  aydın mövqeyi və  qəti tələbidir”

“Ölkəmizin dünya okeanına çıxışının olmamasına baxmayaraq, bu gün Avrasiyanın nəqliyyat xəritəsini Azərbaycansız, onun nəqliyyat infrastrukturu olmadan təsəvvür etmək mümkün deyildir.
Ölkəmizin ərazisindən beynəlxalq nəqliyyat dəhlizləri keçir və bu coğrafi vəziyyətdən səmərəli şəkildə istifadə edilməsi nəticəsində bu gün Azərbaycan nəqliyyyat qovşağına çevrilmişdir. Cənab Prezident İlham Əliyevin həyata keçirdiyi logistika siyasətinin mahiyyəti də bundan ibarətdir. Düzgün mövqedən vaxtında və səmərəli istifadə etməklə ölkəmizin beynəlxalq nəqliyyat dəhlizlərinin qovşağına çevrilməsi həm strateji cəhətdən, həm də iqtisadi cəhətdən xüsusi əhəmiyyət kəsb edir. Ardıcıl olaraq beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan ərazisindən keçməsinə səy göstərilməsi, danışıqlar aparılması və praktik işlərin həyata keçirilməsi bu sahədə Azərbaycanın cazibədarlığını artırmış və bu sahəyə sərmayə qoyuluşunda mühüm rol oynamışdır.
Nəticədə öz coğrafi mövqeyindən istifadə edən və müasir infrastruktur yaradan Azərbaycan Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilmişdir.
Hazırda “Şərq-Qərb” və “Şimal-Cənub” nəqliyyat dəhlizləri bizim ərazimizdən keçir. Bu nəqliyyat yollarının Azərbaycan ərazisində olan bütün seqmentləri uğurla fəaliyyət göstərir. Hazırkı məqamda ərazimizdən yük axınının kəskin artması nəzərə alınmış, bu dəhlizlərin ötürücülük imkanlarının artırılmasına əlavə vəsaitlər cəlb edilmişdir.
Bu sözləri Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli yanvarın 28-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səslənən fikirlərə münasibət bildirərkən söyləmişdir.
Millət vəkili qeyd etmişdir ki, “son 20 ildə eyni zamanda ölkədaxili yolların abadlaşdırılması, yeni yolların, körpü və tunellərin tikintisi sahəsində görülən işlərin həcmi fantastik dərəcədə artmışdır. Belə ki bu müddətdə ölkəmzdə 21 min kilometr avtomobil yolu tikilib və təmir edilib. 335 körpü və yolötürücüsü, 45 tunel, 163 yerüstü və yeraltı keçid tikilib. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərdə görülən işlərin əsas hissəsi nəqliyyat layihələrinin payına düşür. Tikilməsi nəzərdə tutulan 45 tunel, 447 körpü, 16 viadukdan 28 tunel, 392 körpü və 9 viadukun tikintisi tamamlanmışdır. 3400 kilometrə yaxın avtomobil yolunun tikintisi sürətlə davam edir.
Horadiz-Ağbənd dəmir yolunun 60 faizi inşa edilib. Bərdə-Ağdam dəmir yolunun 94 faizi inşa edilib. Ölkəmizin başçısı cənab İlham Əliyev müşavirədə qeyd edib ki, “Heydər Əliyev Beynəlxalq Hava Limanı keçən il rekord sayda – yeddi milyondan çox sərnişin daşıyıb. Mənə verilən məlumata görə, nazirlik tərəfindən aparılan təhlil göstərir ki, bu rəqəm daha da artacaq və təklif verildi ki, yeni terminal kompleksi Heydər Əliyev Beynəlxalq Hava Limanında inşa edilsin. Mən də öz dəstəyimi verdim. İndi bu yeni terminal kompleksinin layihəsi və texniki-iqtisadi əsaslandırılması hazırlanır. Artıq buna start verilmişdir və bu da gələcək sərnişinlərin sayını qəbul etmək üçün imkan yaradacaq. Yəni ki, o cümlədən hava nəqliyyatı üzrə beynəlxalq mərkəzə çevriləcəyik. Nəzərə alsaq ki, hazırda Ələtdə böyük yük terminalı inşa edilir, onun yük qəbuletmə imkanları 1 milyon ton olacaq. Yəni, təsəvvür etmək çətin deyil ki, nəqliyyatın, sadəcə olaraq, bu istiqaməti üzrə hansı işləri görürük.”

Əziz Ələkbərli bildirib ki, “son 20 ildə 4 hava limanı tamamilə yenidən qurulub, dörd yeni hava limanı - Qəbələ, Zaqatala, Füzuli və Zəngilan hava limanları isə inşa edilmişdir. Doqquzuncu beynəlxalq hava limanı bu il Laçında istifadəyə veriləcək. Bakı-Tbilisi-Qars dəmir yolunu çox böyük dəmir yol infrastrukturu adlandıran ölkə başçısı bu yolun tikintisinə mane olan qüvvələr, ermənipərəst dairələrin cəhdləri haqqında məlumat verərək bildirmişdir ki, bütün təzyiqlərə və maneələrə sinə gərməklə bu mühüm tikinti başa çatdırılmışdır və indi onun yükaşırma qabiliyyəti illik 5 milyon tona çatsa da bu, son hədəf deyildir. Həmçinin Ermənistanın bu layihədən kənarda qalmasından narahat olan dairələrin də arzuları elə ürəklərindəcə qalaraq tarixə qovuşmuşdur. Bu, ilk növbədə ölkə başçısı cənab İlham Əliyevin siyasi iradəsi, qətiyyətli mövqeyi sayəsində mümkün olmuşdur.”
Müsahibimiz sonda qeyd edib ki, “Müşavirədə qeyd edildiyi kimi, Zəngəzur dəhlizi öz aktuallığını saxlayır. Hazırda Ermənistan rəhbərliyi öz imzasına hörmətlə yanaşmasa da, gec-tez buna məcbur olacaq, ya da dalan ölkə kimi kənarda qalacaqdır. Cənab Prezident dediyi kimi, ermənilərin çar Rusiyası tərəfindən Azərbaycan ərazisinə köçürülməsi, ondan da əvvəl verilən vədlərə baxmayaraq, Qarabağ xanının öldürülməsi, 1920-ci ilin noyabrında Qərbi Zəngəzurun alınaraq Ermənistana verilməsi, Azərbaycan ərazisində “Dağlıq Qarabağ Muxtar Vilayəti”nin yaradılması kimi cinayətləri, eləcə də XX əsrin digər cinayətləri olan Xocalı soyqırımı, 20 Yanvar faciəsi və torpaqlarımızın 1990-cı illərin əvvəllərində işğalı bizim qan yaddaşımızdadır və heç vaxt unudulmayacaqdır. “Yəni, bunu unutmamışıq, Azərbaycan xalqı bunu unutmayıb. Zəngəzuru unutmamışıq və unutmayacağıq. Yenə də deyirəm, Ermənistana ərazi iddiamız yoxdur. Ancaq Ermənistan öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirərək Azərbaycandan Azərbaycana maneəsiz keçid verməlidir.”
Zamanın diqtə etdiyi reallığa münasibətdə Müzəffər Ali Baş Komandanın mövqeyi aydın, tələbi qətidir. Bu da onu göstərir ki, Zəngəzur nəqliyyat dəhlizi yaxın zamanlarda açılacaqır.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə