Mobil versiya
Hindistanda fil festivala gələnlərə hücum edib, 17 nəfər yaralanıb
Tarix: 08-01-2025 | Saat: 19:58
Bölmə:Özəl | çapa göndər

Hindistanda fil festivala gələnlərə hücum edib, 17 nəfər yaralanıb

Hindistanın Kerala əyalətində hər il keçirilən dini festival qəzəbli filin ən azı 17 nəfəri yaralaması ilə faciəvi hal alıb. Indian Express xəbər verir ki, hadisə çərşənbə günü axşam saatlarında baş verib.
Şahidlər Pakkathu Srikattan adlı filin kütləyə hücum çəkdiyini lentə alıb. İnternetdə yayılan görüntülərdə aqressiv filin bir insanı qaldırması, onu havada yelləməsi, sonra isə atması əks olunub. Xaos və panika başlayır, insanlar qaçır.

Media yaralılardan birinin vəziyyətinin ağır olduğunu və Kottakkaldakı özəl xəstəxanaya yerləşdirildiyini bildirib.
Qeyd olunur ki, sürücü yalnız bir-iki saatdan sonra heyvanı sakitləşdirə bilib.

Analoji hadisə ötən ilin martında da baş vermişdi. Tharakkal məbədi festivalının bağlanış mərasimi zamanı bir fil çaşıb. Heyvan sürücüyə üç dəfə hücum etmək istəsə də, o, qaça bilib.

Keçən il də Kerala ştatının Adimali şəhərində 70 yaşlı qadın vəhşi fil tərəfindən tapdalanaraq öldürülmüşdü.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025