Mobil versiya
"Dövlət başçısı yerli televiziya kanallarına verdiyi müsahibəsində regional və qlobal xarakterli bir çox məsələlərə münasibəti bildirildi" -DEPUTAT
Tarix: 08-01-2025 | Saat: 15:30
Bölmə:Siyasət | çapa göndər

"Dövlət başçısı yerli televiziya kanallarına verdiyi müsahibəsində regional və qlobal xarakterli bir çox məsələlərə münasibəti bildirildi"


"Prezident İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına verdiyi müsahibədə regional və qlobal xarakterli bir çox məsələlərə münasibəti bildirildi".

Bunu mətbuata danışan deputat Azər Badamov bildirib.

Deputat qeyd edib ki, cənab Prezident İlham Əliyev müsahibədə güclü bir dövlət başçısının məsələlərə münasibəti və dövlətə necə rəhbərlik etmək nümunəsini nümayiş etdirmiş oldu:

"Belə ki, ilk sual Azərbaycanın iqtisadi inkişafı ilə bağlı oldu. Təbii ki, iqtisadi inkişaf olmadan digər məsələlərdə uğur qazanmaq mümkün deyil. Dövlət başçımız bir daha qeyd etdi ki, iqtisadi müstəqilliyə nail ola bilməyən ölkələr siyasi müstəqilliyinə qovuşa bilməzlər. Bu baxımdan Azərbaycan iqtisadi və siyasi müstəqilliyinə qovuşmuş çox az ölkələrdəndir. Dövlət başçımızın səsləndirdiyi iqtisadi göstəricilər son 21 ildə düşünülmüş şəkildə həyata keçirilən sosial-iqtisadi siyasətin uğurudur.

Digər bir cavabda dövlət başçımız Fransa və Avropa ittifaqının ölkəmizin uğurlarını həzm edə bilməməsinə, qısqanclıqla yanaşması və qarayaxma kampaniyalara əl atması məsələlərinə münasibəti bildirdi. Belə ki, COP 29 -un Azərbaycanda keçirilməsinə razılığını bildirsə də, sonradan ölkəmizin yüksək səviyyədə tədbirə hazırlanmasından narahat olan qərbin ikili standartlarla yanaşmasını və ölkəmizin iradəsini heç nə dəyişdirmək iqtidarında olmadığını bir daha ictimaiyyətin diqqətinə çatdırdı".

Deputat vurğulayıb ki, Azərbaycanın D8-ə üzv olmağımızın bizə qazandıracağı üstünlüklərə toxunan dövlət başçımız bu təşkilata üzv ölkələrin əhalisi müsəlman dünyasının 60%-ni təşkil etməklə 1 milyard nəfərdən çox və iqtisadiyyatı da 60%-dən çox olduğunu qeyd etməklə ölkəmizə yeni imkanlar açdığını qeyd etdi:

"O cümlədən ölkəmizin də D8-də iştirakı ilə bağlı böyük hazırlıq işləri gördüyünü, planlar hazırlandığını qeyd edən dövlət başçımız ölkəmizin bu təşkilatın fəaliyyətinə də töhfələr verəcəyini bildirdi.

Dövlət başçımız müsahibədə Azərbaycan Ermənistan-Fransa münasibətlərinə də toxunaraq çox ciddi mesajlar səsləndirdi. Ümumiyyətlə dövlət başçımızın müsahibəsi çox əhatəlidir və dünya ictimaiyyəti tərəfindən maraqla izlənilir".



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025