Mobil versiya
Uğurların davamı üçün -Fotolar
Tarix: 08-01-2025 | Saat: 13:27
Bölmə:Özəl | çapa göndər

Uğurların davamı üçün

Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gədəbəy rayonu, Qoşabulaq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bələdiyyələrin cəmiyyət həyatında, əhalinin sosial məsələlərinin həllində rolundan bəhs edib. Təşkilat sədri yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirib.

Görüşdə çıxış edən seçki qərargahının üzvü Pərviz Bayramov və bələdiyyə üzvlüyünə namizədlər Rasim Ələkbərov, Elman Alıyev və Emil Məmmədov  Azərbaycanda bələdiyyələrin hüquq və vəzifələrinin “Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən tənzimləndiyini vurğulayıblar.

Onlar görüş zamanı seçiciləri 29 yanvar tarixində keçiriləcək   bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə YAP-ın namizədlərinə səs verməyə çağırıblar.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025