Mobil versiya
Qanunsuz saxlanılan silah-sursat aşkar olundu
Tarix: 08-01-2025 | Saat: 11:27
Bölmə:Ölkə | çapa göndər

Qanunsuz saxlanılan silah-sursat aşkar olundu

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

aia.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 7-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 10 avtomat silahı, 2 tapança, 1 qumbaraatan, 9 qumbara, 3 alışdırıcı, 39 tüfəng, 11 patron darağı və 319 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-01-2025