Uğurların davamı üçün -Fotolar
Tarix: 08-01-2025 | Saat: 13:27
Bölmə:Özəl | çapa göndər
Azərbaycan Respublikasında 2025-ci il yanvarın 29-na təyin edilmiş bələdiyyə seçkilərinin təşviqat mərhələsi çərçivəsində Gədəbəy rayonu, Qoşabulaq bələdiyyəsi üzrə Yeni Azərbaycan Partiyasının (YAP) namizədlərinin seçicilərlə görüşü keçirilib.
Görüşdə giriş sözü ilə çıxış edən YAP Gədəbəy rayon təşkilatının sədri Rüstəm Nağıyev bələdiyyələrin cəmiyyət həyatında, əhalinin sosial məsələlərinin həllində rolundan bəhs edib. Təşkilat sədri yanvarın 29-da bələdiyyə seçkilərinin tam şəffaf və demokratik şəraitdə keçirilməsi üçün hər cür şəraitin yaradıldığını bildirib.
Görüşdə çıxış edən seçki qərargahının üzvü Pərviz Bayramov və bələdiyyə üzvlüyünə namizədlər Rasim Ələkbərov, Elman Alıyev və Emil Məmmədov Azərbaycanda bələdiyyələrin hüquq və vəzifələrinin “Bələdiyyələrin statusu haqqında” Qanuna əsasən tənzimləndiyini vurğulayıblar.
Onlar görüş zamanı seçiciləri 29 yanvar tarixində keçiriləcək bələdiyyə seçkilərində fəal iştirak etməyə, ölkəmizin hərtərəfli inkişafının davamlı olması naminə YAP-ın namizədlərinə səs verməyə çağırıblar.
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
09-01-2025