Mobil versiya
Millət vəkili Heydər Əsədov Şirvan şəhərində vətandaşlarla görüş keçirib -Fotolar
Tarix: 11-10-2024 | Saat: 19:46
Bölmə:Manşet / Ölkə / Parlament | çapa göndər

Millət vəkili Heydər Əsədov Şirvan şəhərində vətandaşlarla görüş keçirib

Millət vəkili Heydər Əsədov 11.10.2024-cü il tarixində Şirvan şəhərində M.Ə.Rəsulzadə küçəsində vətandaşlarla görüş keçirib. Həmin küçədə Heydər Əsədov tərəfindən yeni inşa etdirilmiş söhbətgahın açılışı olmuş, mərasim evinə lazım olan yeni oturacaq stullar alınıb, təhvil verilmişdir.

Sonra YAP Şirvan şəhər təşkilatının inzibati binasında vətəndaş qəbulu keçirilib.

aia.az xəbər verir ki, görüş zaman millət vəkili Heydər Əsədov vətəndaşların problemlərini dinləyib, onları narahat edən məsələlərlə yaxından tanış olub.

Vətəndaşlar əsasən sosial şəratin yaxşılaşdırılması, məişət problemləri və işlə təminat kimi məsələlərlə müraciət ediblər.

Səsləndirilən problemlərə diqqətlə yanaşan Heydər Əsədov qeyd edib ki, qaldırılan bütün məsələlər araşdırılaraq, nəzarətdə saxlanılacaq.

Qəbul zamanı vətəndaşlar tərəfindən səsləndirilən məsələlərin qısa zamanda öz həllini tapması üçün aidiyyatı qurumlara məlumat veriləcəyi diqqətə çatdırılıb.

Həmçinin millət vəkili Heydər Əsədov şəhid Zeynal Zülfüqarlının və Kamran Fərəcovun ailəsini ziyarət edib, onların qayğı və problemləri ilə maraqlanıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024