Mobil versiya
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vəzifələri artırıldı
Tarix: 11-10-2024 | Saat: 15:32
Bölmə:Gündəm / Karusel | çapa göndər

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vəzifələri artırıldı

Nazirlər Kabineti “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası”nda dəyişiklik edib.

aia.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin vəzifələri artırılıb.

Beləliklə, Komitə “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinə uyğun olaraq dini təhsil müəssisələrinin proqramlarına erkən nikah və qohumlar arasında nikahın mənfi nəticələrinə dair mövzular daxil edəcək, dini təhsil müəssisələrində təhsilalanların, habelə din xadimləri tərəfindən gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsinin artırılması üzrə tədbirlərin həyata keçirilməsini təşkil edəcək.

Yerli icra hakimiyyəti orqanları gənclərin erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair məlumatlılıq səviyyəsini artıran tədbirlər keçirəcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024