Mobil versiya
Komitə sədri: Fransız və erməni "bacıları" kimdir ki...
Tarix: 11-10-2024 | Saat: 16:30
Bölmə:Parlament | çapa göndər

Komitə sədri: Fransız və erməni "bacıları" kimdir ki...

“COP29 yaxınlaşdıqca erməni lobbisindən maliyyələşən dairələrin və avropalı deputatların Azərbaycana qarşı çirkin qarayaxma kampaniyası getdikcə artmaqdadır. Bunlardan biri də Avropa Parlamentinin Cənubi Qafqazla Əməkdaşlıq Komitəsi sədrinin birinci müavini, uzun illərdir ermənipərəst, anti-Azərbaycan və şovinist mövqeyi ilə tanınan Natali Luazonodur. İkinci Qarabağ müharibəsi və ondan sonrakı dövrlərdə Natali Luazo Azərbaycana qarşı beynəlxalq hüququn norma və priniplərinə hörmətsizlik nümayiş etdirən siyasətçilərdəndir”.

Bunu Ölkə.Az-a açıqlamasında Milli Məclisin Gənclər və idman komitəsinin sədri Şahin İsmayılov deyib.

“Ermənipərəst qüvvələrin tam təsiri altında olan və onlardan maliyyələşib Cənubi Qafqazda qarşıdurma və konfrantasiyanın yaranması istiqamətində fəaliyyət göstərən Luazo COP29 ərəfəsində də yenidən fəallaşaraq ölkəmizə qarşı çirkin qarayaxma kampaniyasını həyata keçirməkdədir. Ölkəmiz haqqında dezinformasiya yaymağa cəhd edən Luazo COP29-un əhəmiyyətini və Azərbaycanı gözdən salmağa çalışır”, – komitə sədri qeyd edib.

O əlavə edib ki, Natali Luazonun erməni canfəşanlığının digər səbəbi isə onun Fransanın Avropa Parlamentindəki təmsilçisi olması ilə bağlıdır. “Bu gün Fransa hələ də müstəmləkəçilik siyasətindən əl çəkməyib dünyada neokolonialist siyasəti həyata keçirən ölkələrdəndir. Fransa günümüzdə də hər vasitə ilə müstəmləkəçilik siyasətinə müqavimət göstərən, hətta özündən yüz və minkilomtrlərlə uzaqda olan və azadlıqları uğrunda mübarizə aparan xalqları qan içində boğan ölkədir. Fransanın müstəmləkəçiliyinə qarşı çıxan Yeni Kalendoniyada insanların təməl azadlıq hüquqlarının kobudcasına pozulması və beynəlxalq hüququ ayaqlar altına atması bunun bir nümunəsidir. Fransanın Afrikada, dünyanın digər bölgələrində həyata keçirdiyi soyqırım, hərbi cinayətləri hamıya bəllidir. Odur ki, tarixi qanlı səhifələrlə dolu olan bir ölkənin Azərbaycan kimi bəşəri dəyərlərə, dünyada sülhün və bərabərhüquqlu əməkdaşlığı təşviq edən bir ölkəni əsas yerə iftira dolu ittiham etməyə cəhd etməsi gülünc və absurddur”, – o bildirib.

Deputat onu da bildirib ki, otuz ilə yaxın işğal dövründə mülki əhalini daim hədəfə alan, bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə həyata keçirən, kütləvi qırğınlar törədən, onların torpaqlarına ləyaqətli və təhlükəsiz şəkildə geri dönməsinə hərbi təxribatları ilə maneçilik törədən Ermənistanın Azərbaycanı “etnik təmizləmə” həyata keçirməkdə ittiham etməsi riyakarlıq nümunəsidir: “Ümumiyyətlə Azərbaycanı hansı məsələdəsə ittiham etməsi yersiz və əsassızdır. Onların bir məqsədi var. O da hər vasitə ilə Azərbaycanın uğurlarına kölgə salmaq, amma bu niyyətlərinə nail ola bilməyəcəklər. Nə Fransa Ermənistandan bir vasitə kimi istifadə edib Cənubi Qafqazda öz müstəmləkəçilik siyasətini reallaşdıra biləcək, nə də ki, erməni lobbisi Azərbaycanı beynəlxalq miqyasda nüfuzdan sala biləcək. Əksinə bundan itirən tərəf özləri olacaq.
Azərbaycan apardığı uğurlu xarici siyasətlə, bəşəriyyətə sülh və davamlı inkişaf gətirən dəyərləri təbliğ etməklə beynəlxalq təhlükəsizliyə və sabitliyə mühüm töhfələr verir. Eyni zamanda, ölkəmiz qlobal əhəmiyyət daşıyan uğurlu neft-qaz və infrastruktur layihələri ilə yanaşı, qlobal iqlim dəyişikliyinə qarşı mübarizədə “yaşıl enerji” sahəsində də regionun, bütün Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında və davamlı inkişafında mühüm rol oynamaqdadır və bundan sonra da oyanayacaq. Azərbaycan COP29 vasitəsilə iqlim dəyişikliyi ilə bağlı mübarizədə qlobal çağırışlara öz töhfəsini verəcək. Axı, bir də fransız və erməni “bacıları” kimdir ki, bizi yolumuzdan döndərə bilsin!… Ümumiyyətlə indiyədək bu cür təzyiq, təhdid yolu ilə kimsə Azərbaycanı öz yolundan döndərə bilməyib və bundan sonra da döndərə bilməyəcək. Cənab Prezidentin liderliyi altında Azərbaycan daha güclü və qüdrətli dövlətə çevrilməklə, dünyanın ən nüfuzlu ölkələri sırasında qərarlaşacaq”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024