Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib -Foto
Tarix: 11-10-2024 | Saat: 16:50
Bölmə:Gündəm | çapa göndər
Oktyabrın 11-də Milli Məclisin Regional məsələlər komitəsinin növbəti iclası keçirilib.
Bu barədə aia.az-a Milli Məclisdən məlumat verilib.
Komitə sədri Siyavuş Novruzov iclasda üç məsələnin – “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında”, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə, “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə (üçüncü oxunuş) qanun layihələrinin müzakirəyə çıxarıldığını deyib.
Siyavuş Novruzov vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsi bütün sahələrdə olduğu kimi, yerli özünüidarəetmə sisteminin yenidən qurulması prosesinə də təkan verdi. Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra onun rəhbərliyi altında müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi ölkədə demokratiyanın inkişafı, hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğu, idarəetmədə səmərəliliyin artırılması istiqamətində atılan önəmli addımlardan oldu. Məhz yeni Konstitusiyanın qəbulundan sonra Azərbaycanda ilk dəfə müasir yerli özünüidarəetmə institutunun – bələdiyyə orqanlarının əsası qoyuldu, bu sahədə hüquqi bazanın təkmilləşdirilməsini təmin edən və bələdiyyələrin fəaliyyətinin hüquqi tənzimlənməsini müəyyən edən normativ hüquqi aktlar qəbul edildi.
Bildirilib ki, bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan daxili və xarici siyasət nəticəsində ölkəmizin suverenliyi və ərazi bütövlüyü bərpa edilib, beynəlxalq nüfuzu daha da möhkəmlənib. Torpaqlarımızın işğaldan azad edilməsi Azərbaycan tarixində ilk dəfə olaraq bu ərazilərdə bələdiyyə seçkilərinin keçirilməsinə imkan verir. Dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar müasir dövrdə bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsinə, yerli sosial-iqtisadi məsələlərin həllində onların iştirakının genişləndirilməsinə, bununla da yerli özünüidarəetmədə səmərəliliyin artırılmasına xidmət edir.
İclasda qeyd olunub ki, “Bələdiyyələrin birgə fəaliyyəti, birləşməsi, ayrılması və ləğv edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” 5 aprel 2024-cü il tarixli Qanuna əsasən, ölkə üzrə sonuncu bələdiyyə seçkilərinin keçirildiyi ildən sonrakı 4 ilin son 2 ili ərzində əhalisinin sayı 3000 nəfərdən və ya ev təsərrüfatlarının sayı 1000 vahiddən az olan bələdiyyələr onlarda yaranan sosial-iqtisadi vəziyyət, tarixi və digər yerli xüsusiyyətlər nəzərə alınmaqla Milli Məclisin qərarı ilə digər bələdiyyələrlə birləşdirilir. Bu Qanunun tələblərinə əsasən, birləşmə ilə bağlı bələdiyyələrin Milli Məclisə təqdim etdikləri rəylərə baxılmış və nəticədə 1400 bələdiyyənin birləşdirilməsi yolu ilə ölkə ərazisində bələdiyyələrin ümumi sayının 684-ə endirilməsi nəzərdə tutulur.
Siyavuş Novruzov yuxarıda göstərilənlərlə əlaqədar olaraq iki sənədin - “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa Əlavə – “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanun layihələrinin hazırlandığını söyləyib. O, bildirib ki, bu qanun layihələri bələdiyyələrdə idarəetmənin effektivliyinin artırılmasına, resurslardan qənaətlə istifadə edilməsinə, xidmətlərin keyfiyyətinin artırılmasına, regionların balanslı inkişafının təmin edilməsinə, bələdiyyələr arasında daha sıx əməkdaşlığın qurulmasına hədəflənib.
İclasda, habelə “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi də üçüncü oxunuşda nəzərdən keçirilib. Bildirilib ki, qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən təqdim olunan sənəddə bələdiyyələrin fəaliyyəti sahəsində yaranan münasibətlərin tənzimlənməsi, bu istiqamətdə qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı dəyişikliklər nəzərdə tutulur.
Müzakirələr zamanı komitənin sədr müavini Nurlan Həsənov, üzvləri Tahir Rzayev, Arzuxan Əli-zadə, Kamran Bayramov, Məzahir Əfəndiyev, Elşən Musayev, Vasif Qafarov, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri Fərid Əliyev, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Baş İdarəsinin rəisi Elmin Həsənov çıxış edərək təqdim edilən məsələlər barədə öz fikirlərini, qeyd və təkliflərini açıqlayıblar, ölkəmizdə yerli özünüidarəetmə sahəsində həyata keçirilən davamlı islahatların əhəmiyyətindən bəhs ediblər.
Müzakirələrin sonunda hər üç qanun layihəsi Milli Məclisin iclasına tövsiyə olunub.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024