Mobil versiya
Podolski 39 yaşında karyerasını bitirdi
Tarix: 11-10-2024 | Saat: 14:49
Bölmə:İdman | çapa göndər

Podolski 39 yaşında karyerasını bitirdi

Almaniya millisinin Polşaəsilli sabiq futbolçusu Lukas Podolski karyerasını başa vurub.

aia.az xarici mətbuata istinadən xəbər verir ki, o, “Qornik” (Polşa) və yetirməsi olduğu “Köln” (Almaniya) komandalarının özü üçün təşkil etdiyi vida matçında hər iki klubun formasını geyinib.

Həmin qarşılaşmada Almaniya millisinin sabiq baş məşqçisi Yoahim Löv, “Borussiya”nın (Dortmund) keçmiş qapıçısı Roman Vaydenfeller və “Bavariya”nın qolkiperi Manuel Noyer də meydana çıxıblar.

Qeyd edək ki, 39 yaşlı Lukas Podolski karyerası ərzində “Bavariya” (Almaniya), “Arsenal” (İngiltərə), “İnter” (İtaliya) və “Qalatasaray” (Türkiyə) kimi tanınmış komandalarda oynayıb. O, 2014-cü ildə Almaniya millisinin heyətində Braziliyada keçirilmiş dünya çempionatının qalibi olub.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə