Mobil versiya
Sahibə Qafarova beynəlxalq parlament konfransında
Tarix: 11-10-2024 | Saat: 14:22
Bölmə:Manşet / Parlament | çapa göndər

Sahibə Qafarova beynəlxalq parlament konfransında

Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasına işgüzar səfəri çərçivəsində oktyabrın 11-də Tacikistan Konstitusiyasının 30 illik yubileyinə həsr olunmuş beynəlxalq parlament konfransında iştirak edib.

Bu barədə aia.az-a MM-nin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Tədbirdən əvvəl beynəlxalq konfransda iştirak edən nümayəndə heyətlərinin rəhbərləri Düşənbə şəhərində yerləşən "Dostluq" meydanında İsmoili Somoninin abidəsi önünə əklil qoyublar.

Sonra Tacikistan Parlamentində Beynəlxalq konfrans öz işinə başlayıb.

Tədbirdə çıxış edən Milli Məclisin sədri dəvətə, göstərilən qonaqpərvərliyə və bu tədbirin yüksək səviyyədə təşkilinə görə Tacikistan Respublikası Ali Məclisi Milli Məclisinin sədri Rüstəmi Emomaliyə və Ali Məclisin Nümayəndələr Palatasının sədri Mahmadtoir Zokirzodaya minnətdarlığını bildirib.

Spiker Sahibə Qafarova parlamentə və bütün Tacikistan xalqına Konstitusiyanın 30 illiyi münasibətilə təbriklərini çatdırıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
11-10-2024