Mobil versiya
BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə liderdir
Tarix: 09-10-2024 | Saat: 11:12
Bölmə:Təhsil | çapa göndər

BDU “THE World University Rankings 2025” nəticələrinə görə ölkədə liderdir

Dünyanın ən nüfuzlu reytinq təşkilatı olan “Times Higher Education” (THE) 2025-ci il üçün dünyanın ən yaxşı universitetlərinin (“World University Rankings 2025”) reytinq siyahısını açıqlayıb. Dərc olunan siyahıda Bakı Dövlət Universiteti (BDU) də yer alıb.
Dünyada 2092, Azərbaycandan isə 2 ali təhsil müəssisəsinin yer ala bildiyi siyahıda 1501+ diapazonunda qərarlaşan BDU ölkədə liderdir.
Qeyd edək ki, BDU fiziki elmlər (fizika, kimya, geologiya, astronomiya, riyaziyyat və s.) və mühəndislik elmləri (kimya mühəndisliyi, geologiya mühəndisliyi, hidrogeologiya mühəndisliyi, geofizika mühəndisliyi və s.) üzrə THE-nin “İxtisasların Reytinqi” (“Subject Rankings 2024”) siyahısında Azərbaycandan yer alan yeganə ali təhsil müəssisəsidir.
Nüfuzlu THE təşkilatının əsas fəaliyyət istiqamətlərindən biri dünyanın ali təhsil müəssisələrinin və ixtisaslarının reytinqini tərtib etmək, universitetlərin reytinqinin yüksəlməsi üçün tövsiyələr verməkdir. THE dünya universitetlərinin və ixtisaslarının reytinqini tədris, elmi-tədqiqat, istinad indeksi, beynəlxalq reputasiyası, sənaye gəlirləri və digər meyarlar əsasında qiymətləndirir.
Bu il ilk dəfə “World University Rankings 2025” siyahısına daxil olan Azərbaycan Dövlət Neft və Sənaye Universitetini təbrik edir və gələcəkdə qeyd olunan reytinq siyahısında ölkəmizi təmsil edən ali təhsil müəssisələrinin sayının artmasını arzulayırıq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə