Mobil versiya
Məsut Özil Bakıya gəlir
Tarix: 09-10-2024 | Saat: 10:34
Bölmə:İdman | çapa göndər

Məsut Özil Bakıya gəlir

Almaniya millisinin və İspaniya “Real Madrid”inin sabiq futbolçusu Məsut Özil Azərbaycana gələcək.

aia.az xəbər verir ki, bu barədə “Qarabağ”ın rəsmi saytı məlumat yayıb.

Ağdam klubunun dəvəti ilə Bakıya səfər edəcək ulduz futbolçu Azərbaycan çempionunun qonağı olacaq.

Adını futbol tarixinə qızıl hərflərlə yazdırmış veteran yarımmüdafiəçi “Qarabağ”ın açıq məşqinin ardından gənc futbolçularla əyləncəli oyunda üz-üzə gələcək.

Oktyabrın 11-də “Azersun Arena”da keçiriləcək tədbir saat 16:30-da başlayacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə