A.İ.Bakuvi: “Cənab Prezident İlham Əliyevin irəli sürduyu önəmli beynəlxalq təşəbbüslər Azərbaycanı güclü iqitisadiyyatı olan ölkəyə çevirib”
Tarix: 08-10-2024 | Saat: 19:12
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər
“Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali BaşKomandan cənab İlham Əliyev düz bir il bundan əvvəl, 2023-cü ilin oktyabr ayının 15-də Ağdərə, Xocavənd, Xocalı və Xankəndi şəhərlərində müqəddəs Azərbaycan Bayrağını şəxsən ucaltdı. Həmin gün Azərbaycan xalqının, Azərbaycan dövlətçiliyinin tarixinə ən əlamətdar, ən şərəfli günlərdən biri kimi yazıldı. Xalqımız bu Zəfər gününü 30 il gözləməli oldu, lakin onun gələcəyinə inamını heç zaman bir an belə olsun itirmədi. Bu əlamətdar gündən düz 20 il əvvəl Azərbaycan xalqı cənab İlham Əliyevə etimad göstərərək prezident seçkilərində öz səsini Heydər Əliyev siyasi kursuna verdi və Ulu Öndərin siyasi varisini Ölkə Prezidenti seçdi. O vaxt cənab Prezident andiçmə mərasimində öz xalqına müraciət edərək söz verdi ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcək, Azərbaycanın ərazi bütövlüyünü qoruyacaq. Ötən illər ərzində dövlət başçımız verdiyi bütün vədlərə əməl etdi, qarşıya qoyduğu bütün vəzifələri icra etdi. Azərbaycanın güclənməsi, dünya miqyasında öz layiqli yerini tuta bilməsi üçün məqsədyönlü addımlar atdı, möhtəşəm işlər gördü. Cənab Prezident İlham Əliyevin uğurlu xarici siyasəti sayəsində bu gün Azərbaycanla dünyada hesablaşırlar. Artıq ölkəmizin mövqeyi qlobal coğrafiyada böyük əhəmiyyət kəsb edir. Bir çox hallarda önəmli beynəlxalq təşəbbüslərin müəllifi kimi çıxış edən Azərbaycan hazırda güclü iqitisadiyyatı olan ölkədir və məhz bu amil Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmək üçün güclü siyasi və hüquqi zəmin yaradılmasına əsas verdi.”
Bu fikirləri ictimai xadim, politoloq Adəm İsmayıl Bakuvi aia.az-a verdiyi açıqlamasında ifadə edib.
Fikirlərini davam etdirən müsahibimiz xüsusi olaraq belə bir məqamı diqqət mərkəzinə çəkib ki, hər bir ölkənin müstəqilliyinin təmin olunması baxımından vacib şərtlərdən biri də güclü ordu amilidir: “Ölkə Prezidenti cənab İlham Əliyevin 2023-cü il oktyabrın 15-də Xankəndidə etdiyi çıxışında qeyd olunduğu kimi, müstəqillik heç vaxt şərti olmamalıdır. Həqiqi müstəqilliyi isə yalnız güclü iqtisadiyyat və güclü ordu təmin edə bilər. Cənab Prezident 2003-2020-ci illər ərzində elə bir ordu yaratdı ki, bu ordi üç il bundan öncə, Vətən müharibəsi dövründə cəmi 44 gün ərzində torpaqlarımızın 30 il davam edən işğalına son qoydu. Lakin tarixi Qələbə Azərbaycanı arxayınlaşdırmadı. Əksinə ordu quruculuğu işi post-müharibə dövründə də yüksək intensivliklə davam etdirildi. Azərbaycan Silahlı Qüvvələri istənilən vəzifəni şərəflə yerinə yetirməyə hazır olduğunu növbəti dəfə II Qarabağ savaşından üç il sonra, keçən ilin sntyabr ayında cəmi 23 saat davam edən antiterror əməliyyatının gedişində bir daha sübut etdi. Bu əməliyyatın nəticəsində düşmən yenə də ağ bayraq qaldıraraq təslim oldu. Bu gün bütün xalqımız, bütün dünya azərbaycanlıları haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edir. Şəhidlərimizin ruhu qarşısında baş əyir.”
Daha sonra A.İ.Bakuvi bu gün Azərbaycan Dövlət Bayrağının Xankəndidə dalğalanmasının Prezident İlham Əliyevin yürütdüyü praqmatik siyasətin və incə diplomatiyanın daha bir təntənəsi olduğunu vurğulayaraq bunları deyib: “Məlum olduğu kimi, Azərbaycan münaqişənin sülh yolu ilə həllini, torpaqlarımızın qan tökülmədən, diplomatik yollarla geri qaytarılmasını 30 il gözlədi. Lakin səlahiyyətli beynəlxalq təşkilatlar və hökumətləri ermənipərəst qüvvələrin təsiri altında olan ölkələr, əgər belə imkanlar mövcud idisə belə, uzun illər mənasız, nəticəsiz danışıqlar aparmaqla onların reallaşmasına yol vermədilər. Nəticə etibarı ilə bu təşkilatların əsil məqsədlərinin münaqişəni həll etmək deyil, onu dondurmaq olduğu tam təsdiq olundu. Ermənistanın işğalçı siyasəti onlar torpaqlarımızın bir qarışını belə geri qaytarmaq fikrində olmadıqlarını açıq aşkar nümayiş etdirirdi. Lakin möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu vəzifəyə ilk dəfə seçildiyi gündən Vətən müharibəsinin başlanmasına qədər keçən 17 il ərzində hər zaman deyirdi ki, Azərbaycan xalqı və dövləti işğalla heç vaxt barışmayacaq və öz torpaqlarında ikinci erməni dövlətinin yaradılmasına da heç bir halda imkan verməyəcək. Nəhayət 2020-ci ildə Azərbaycan Vətən müharibəsinə başladı və bu müharibə cəmi 44 gün çəkdi. Yalnız Şanlı Ordumuz Şuşanı azad edəndən sonra artıq düşmən öz məğlubiyyətini dərk etdi, ağ bayraq qaldırdı və Azərbaycan hərbi əməliyyatları dayandırdı. O zaman bəziləri sual verirdi ki, nə üçün dövlətimiz noyabrın 10-da müharibəni dayandırmağa razılıq verdi. Keçən il Xankəndidə müqəddəs üçrəngli Bayrağımızı qaldıran Ölkə Prezidenti cənab İlham Əliyev bir daha isbatladı ki, nəyi harada və nə zaman etməyin lazım olduğunu dövlətimizin başçısı özü hamıdan daha yaxşı bilir. Son 30 ildə bu qədim Azərbaycan şəhərində özlərinə yuva salmış separatçılar artıq öz layiqli cəzalarını gözləyirlər. Azərbaycan Bayrağı isə Şuşada, Xankəndidə və bütün Qarabağ ərazisində dalğalanır və əbədi olaraq dalğalanacaq” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
24-11-2024
13:39 SAKİT İLKİN-65