Mobil versiya
Ermənistan Azərbaycanla sərhəddə üzərində səlibçi xaçı olan bayraq qaldırıb
Tarix: 08-10-2024 | Saat: 18:00
Bölmə:Karusel / Gündəm | çapa göndər

Ermənistan Azərbaycanla sərhəddə üzərində səlibçi xaçı olan bayraq qaldırıb

Ermənistan Azərbaycanla sərhəddə üzərində səlibçi xaçının əks olunduğu dövlət bayrağı qaldırıb.

aia.az apa-ya istinadən xəbər verir ki, əldə edilmiş görüntülərdə Ermənistanın dövlət sərhədində qaldırdığı bayraqların üzərində səlibçi xaçları aydın görünür.

Məlumdur ki, Ermənistanın dövlət bayrağı üzərində xaç təsviri yoxdur. Belə görünür ki, Ermənistan Azərbaycana qarşı səlibçi niyyətini ifadə etmək üçün dövlət bayrağı üzərində dəyişiklik etmək qərarına gəlib.

Səlib (xaçlı) yürüşlərini simvolizə edən xaç elementini bayrağı üzərinə əlavə edib, Azərbaycanla sərhəddə qaldıran Ermənistanın hansı məqsədlər güddüyü bu addımından aydın görünür.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-10-2024