"AŞPA-da Azərbaycanın iştirakı olmadan dinləmələrin keçirilməsi ölkəmizə qarşı növbəti təxribatdır " - DEPUTAT
Tarix: 09-10-2024 | Saat: 12:44
Bölmə:Siyasət / Parlament | çapa göndər
"AŞPA-da Azərbaycanın iştirakı olmadan dinləmələrin keçirilməsi ölkəmizə qarşı növbəti təxribatdır ".
Bunu Sonxeber.az-a danışan deputat Cavanşir Paşazadə bildirib.
Deputat qeyd edib ki, bu gün Azərbaycana qarşı açıq-aşkar təzyiqlər var:
"Guya, Azərbaycan Qarabağda ermənilərə qarşı etnik təmizləmə aparıb. Heç bir etnik təmizləmədən söhbət belə gedə bilməz. Azərbaycan sadəcə öz gücünə Ermənistan tərəfindən 30 il işğalda saxlanılan torpaqlarını azad edib. Bu gün insan haqlarından danışan və ermənilərin vəkilliyini edən təşkilatlar, dövlətlər niyə bir dəfə də olsun Azərbaycan xalqının başına gətirilən vəhşiliklər barədə danışmayıb? Bu günə qədər Xocalıda və Qarabağda azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirən erməni terrorçularına layiq olduqları cəza verilməyib. Biz səbirlə 30 il ərzində BTM Təhlükəsizlik Şurasının Qarabağls bağlı qəbul etdiyi 4 qətnamənin icrasını gözlədik. Amma insan haqlarından danışan dövlət və təşkilatlar 30 il Ermənistanın yürütdüyü işğalçı siyasətinə qarşı kar, kor və lal oldular. Bu gün onların Azərbaycanı etmədiyi hərəkətə görə ittiham etməyə haqları yoxdur".
Deputat vurğulayıb ki, ölkəmizə qarşı aparılan bu oyunlar Ermənistanın arxasında dayanan qüvvələrin kimlər olduğunu bizə göstərdi:
"Bu gün Fransa və ABŞ regionda sülhün və əmin-amanlığın təmin olunmasından narahatdır. Ona görə də onlar müxtəlif yollarla Ermənistanı təxribata sövq edir və regionda vəziyyəti yenidən gərginləşdirməyə çalışırlar. Azərbaycan buna icazə verməyəcək. Növbəti dəfə Ermənistanın və onun havadarlarının oyunlarını iflasa uğradaraq şərtlərmizlə hazırlanan sülh müqaviləsinin imzalanmasına nail olacağıq".
aia.az
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
01-11-2024