Mobil versiya
Arda Gülerdən qələbə şərhi
Tarix: 03-07-2024 | Saat: 10:46
Bölmə:İdman | çapa göndər

Arda Gülerdən qələbə şərhi

Türkiyə millisinin üzvü Arda Güler Avro-2024-ün 1/8 final mərhələsində Avstriyanı məğlub edərək (2:1) 1/4 finala adlamaqları haqda danışıb.

aia.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi bu qələbə üçün çox çalışdıqlarını deyib:

"Həqiqətən də inanılmaz bir axşam oldu. Xalqımızı sevindirdiyimiz üçün xoşbəxtik. Bizim müəyyən bir oyun planımız var idi. Stadiondakı atmosfer də möhtəşəm idi. Azarkeşlər bizi alovlandırırdılar. Biz də bunun qarşılığını verdik.

Bu gün baş məşqçimiz məni mərkəz hücumçusu kimi oynatdı. Müəyyən bir oyun planımız var idi. O, məndən oyun qurucusu olmağımı istədi. Mən də Avstriya ilə matçda bunu bacardığım üçün çox xoşbəxtəm.

Daha əvvəl Avstriya ilə yoxlama oyununda pis nəticə qazanmışdıq. Çünki hamımız bunun bir yoxlama oyunu olduğunu anlayırdıq. Rəqibdən daha yaxşı vəziyyətdə olduğumuzu bilirdik. Çox çalışdıq və qələbə qazandıq. Berlini xəyal edə bilirəm. İnşallah, növbəti oyunda da xalqımızı sevindirərik".

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-07-2024