Mobil versiya
“ŞƏT plyus” Formatında Yeni Çağırışlar, İmkanlar və Perspektivlər
Tarix: 05-07-2024 | Saat: 12:54
Bölmə:Özəl | çapa göndər

“ŞƏT plyus” Formatında Yeni Çağırışlar, İmkanlar və Perspektivlər

Nyu-York Elmlər Akademiyasının üzvü
Prezident İlham Əliyevin cari ilin 4 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə çıxışı şəksiz ki, ölkələr arası əməkdaşlıqlarımızın inkişafına yeni bir nailiyyət kimi yazıldı.
Şübhəsiz ki, ölkə başçımızın Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan ilə görüşündəki o səmimi anlar sosial plotformada böyük marağa səbəb oldu. Eləcə də görüş zamanı ikitərəfli əlaqələrin fundamental şəkildə konsepsiyasını özündə birləşdirən qərarlar gələcəkdəki əlaqələrin daha da güclənəcəyindən xəbər verir.
Danılmazdır ki, qardaş Qazaxıstan ən sıx əməkdaşlıq və mütəffiq olan dost ölkələrimizdən biridir. Son iki ildə Prezident İlham Əliyev Qazaxıstana dörd dəfə səfər edib. Həmin müddətdə Qazaxıstan Prezidenti Azərbaycana üç dəfə səfər edib. Qeyd olunan fakt ölkələrimiz arasında çoxtərəfli münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir.
Azərbaycan ikinci dəfədir ki, ŞƏT-in Zirvə toplantısına dəvət olunur. Bu nümunə Azərbaycan Respublikası ilə üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir.
Cənab İlham Əliyev “ŞƏT plyus” formatında çıxışı zamanı bir çox məsələyə toxunub. O qeyd edib ki, - “Azərbaycan, həmçinin Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında mühüm rol oynayır. Şimal-Cənub dəhlizinin Azərbaycan seqmentinin dəmir yolu və avtomobil infrastrukturu hazırdır və uğurla fəaliyyət göstərir. Ölkəmiz dəmir yolu daşımalarının həcminin ildə 15 milyon tona qədər artırılması üzərində işləyir, sonradan zərurət yaranarsa, bu rəqəm 30 milyon tona çatdırılacaq”.
İlham Əliyev, həmçinin çıxışında COP29 məsələsinə də toxunub. Və vurğulayıb ki, “Təxminən 200 ölkənin yekdil dəstəyi ilə Azərbaycan bu il COP29-a ev sahibliyi edəcək. Bakıda keçiriləcək COP29 çərçivəsində inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərimizi əsirgəməyəcəyik və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacağıq”.
BMT-nin 4 qətnaməsinin kağız üzərində qaldığın deyən prezidentimiz bu haqda da söylədiyi fikir xüsusi əhəmiyyət kəsb edir: “2023-cü ilin sentyabrında Azərbaycan beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenliyini tam bərpa etdi. Bununla da beynəlxalq hüquq və tarixi ədalət bərpa olundu. Azərbaycan Ermənistanın otuzillik işğalına son qoydu və BMT Təhlükəsizlik Şurasının otuz il kağız üzərində qalmış 4 qətnaməsinin icrasını hərbi-siyasi vasitələrlə təmin etdi”.
Şübhəsiz ki, keçirilən bu görüş yeni imkanların, perspektivlərin və çağırışların hərtərəfli şəkildə inkişafına yeni yollar açacaq. Buradan bu nəticəni də çıxarda bilərik ki, Azərbaycanın özünün təyin etdiyi optimal inkişaf strategiyası ilə şərqin bir nömrəli ölkəsi olmaqda davam edir.

Sənan Hüseynov ,
Nəsimi rayon gənci, ADNSU III kurs tələbəsi,




Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2024