Mobil versiya
Ərdoğan: Kimsə fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?
Tarix: 05-07-2024 | Saat: 15:53
Bölmə:Manşet / Dünya | çapa göndər

Ərdoğan:

"Kimsə almanların formasında qartal var deyirmi? Fransızların formasında xoruz var, niyə xoruzlanırsan deyirmi?

aia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

Ölkə başçısı milli komandanın futbolçusu Merih Demiralın UEFA tərəfindən 2 oyunluq cəzalanmasına münasibət bildirib.

"Merih orada bu görüntü ilə həyəcanını nümayiş etdirib", - deyə Ərdoğan vurğulayıb.

Qeyd edək ki, Merih Demiral Almaniyada keçirilən AVRO-2024-də Avstriyaya 2:1 hesabı ilə qalib gəldikləri 1/8 final matçında “bozqurd” işarəsi göstərib. "Ay-ulduzlular" iyulun 6-da, AVRO-2024-ün 1/4 finalında Niderlandla üz-üzə gələcək.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2024