Mobil versiya
Novruzəli Aslanov: “Azərbaycan inkişaf etməkdə olan ölkələrin legitim maraqlarının təmin olunmasına çalışır”
Tarix: 05-07-2024 | Saat: 13:08
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-5 | çapa göndər

Novruzəli Aslanov: “Azərbaycan inkişaf etməkdə olan ölkələrin legitim maraqlarının təmin olunmasına çalışır”

“Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Çinin Şanxay şəhərində təsis olunub. Ərazisinə və əhalisinin sayına görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin Şanxay Əməkdaşlıq Təşkilatına üzv olması bu təsisatın yüksək nüfuzunu şərtləndirən əsas amillərdən biridir. Azərbaycan hazırda ŞƏT-in dialoq tərəfdaşı statusuna malikdir. Cari ilin 3 iyul tarixində Qazaxıstanın paytaxtı Astana şəhərində ŞƏT-ə üzv ölkələrin dövlət başçıları səviyyəsində Zirvə toplantısı keçirilib. Təşkilatın sədri statusunda Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Zirvə toplantısında iştirak etmək üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Astanaya səfər edib. Qeyd edək ki, bundan əvvəl dövlətimizin başçısı təşkilatın 2022-ci il sentyabrın 16-da Özbəkistanın Səmərqənd şəhərində keçirilmiş Zirvə toplantısında da iştirak edib. Azərbaycanın ŞƏT Sammitinə növbəti dəfə dəvət alması cənab Prezident İlham Əliyevin böyük şəxsi nüfuzunun daha bir göstəricisidir. ŞƏT-in Astana Zirvə toplantısında regional təhlükəsizlik, iqtisadi və siyasi əməkdaşlıq məsələlərini müzakirə etmək üçün üzv ölkələrin liderləri bir araya gəliblər. Sammitdə qlobal inkişafa mane olan siyasi, iqtisadi və humanitar problemlər də daxil olmaqla çoxsaylı məsələlərin həllində ŞƏT-in roluna diqqət yetirilib.”

Bu sözləri aia.az-a açıqlamasında VI çağırış Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Fikirlərini davam etdirən müsahibimiz Prezident İlham Əliyevin iyulun 4-də Astana şəhərində “ŞƏT plyus” formatında keçirilmiş görüşdə etdiyi çıxışında səsləndirdiyi fikirlərin əhəmiyyətini vurğulayaraq bunları deyib: “Azərbaycan artıq uzun illrdir ki, ŞƏT-ə üzv ölkələrlə həm ikitərəfli formatda, həm də müxtəlif beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edir. Bu ölkələrdən biri də Qazaxıstandır. Astana Sammitində etdiyi çıxışında cənab Prezident İlham Əliyev son iki ildə bu ölkəyə dörd dəfə səfər etdiyini vurğuladı. Həmin müddətdə Qazaxıstan Prezidenti də Azərbaycana üç dəfə səfər edib. Əlbəttə ki, bu intensivlik ölkələrimiz arasında etibarlı əməkdaşlıq əlaqələrinin göstəricisidir. Eyni zamanda da ölkəmizin ikinci dəfə ŞƏT-in Zirvə toplantısına dəvət olunması Azərbaycan ilə təşkilata üzv dövlətlər arasında inkişaf edən tərəfdaşlığın göstəricisi kimi qiymətləndirilməlidir. Cənab Prezident bu məqamı da xüsusi olaraq qeyd etdi ki, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri üzrə qarşılıqlı fəaliyyət Azərbaycan ilə ŞƏT-ə üzv dövlətlər arasında əməkdaşlığın vacib sahəsini təşkil edir. Coğrafi mövqeyi və nəqliyyat infrastrukturuna qoyulmuş böyük sərmayələr Azərbaycana Avrasiyanın nəqliyyat-logistika qovşaqlarından birinə çevrilmək imkanı verib və ölkəmiz cənab Prezident İlham Əliyevin həyata keçirdiyi son dərəcə uğurlu xarici siyasət sayəsində bu imkanı uğurla reallaşdırmaqdadır.”

Daha sonra N.Aslanov bildirib ki, Prezident İlham Əliyevin çıxışında tədbir iştirakçılarına təqdim olunan açıqlamalar əslində ölkəmizin beynəlxalq nüfuzunun artmasını şərtləndirən əsas amillərin hansılar olduğuna aydınlıq gətirir: “Öz çıxışında dövlətimizin başçısı bir daha qeyd etdi ki, Azərbaycan multilateralizmi fəal şəkildə dəstəkləyir. Ölkəmizin 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurlu sədrliyi təşkilatın qlobal arenada nüfuzunu və gücünü möhkəmləndirdi, Hərəkatın institusional inkişafına töhfə verdi, üzv dövlətlərin dəstəyi ilə Hərəkatın Parlament Şəbəkəsini, Gənclər Təşkilatını təsis etdi, habelə Qadın Platformasının əsasını qoydu.
Cənab Prezident İlham Əliyev bir daha diqqətə çatdırdı ki, Bakıda keçiriləcək COP29 çərçivəsində Azərbaycan inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında körpü yaratmaq üçün səylərini əsirgəməyəcək və inkişaf etməkdə olan ölkələrin legitim maraqlarını nəzərə alacaq razılaşmanın əldə edilməsinə çalışacaq. Məhz Azərbaycanın bu prinsipial və ədalətli mövqeyi ölkəmizin beynəlxalq nüfuzunun günü-gündən artmasını şərtləndirən əsas amillərdəndir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2024