Mobil versiya
Cəsarət Əhmədov: “Müəllimin zəkatı onun elmindəndir” - VİDEO
Tarix: 26-01-2024 | Saat: 12:22
Bölmə:Manşet / Siyasət / Özəl / Seçilənlər-8 | çapa göndər

Cəsarət Əhmədov: “Müəllimin zəkatı onun elmindəndir”

Azərbaycan Qol Güləşi Federasiyası ölkəmizdə Heydər Əliyev İli elan olunmuş 2023-cü ilin son yarışını məktəblilər arasında keçirdi. Dekabr ayının 26-da Azərbaycan Qol Güləşi Federasiyasının, Bakı şəhəri üzrə Təhsil İdarəsinin və E.Yəhyayev adına 56 saylı tam orta məktəbin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin 100 illiyinə və Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş qol güləşi üzrə məktəblərarası turnir keçirildi. 56 saylı məktəbin idman zalında keçirilən yarışda Bakı şəhərində və ətraf qəsəbələrdə yerləşən 16 orta təhsil müəssisəni təmsil edən 70-dən artıq məktəbli oğlan və qızlar öz güclərini sınadılar. Oğlanlar və qızlar arasında üç çəki dərəcəsində keçirilən yarışın nəticələrinə əsasən birinci, ikinci və üçüncü yerləri tutan məktəblilər medal və diplomlarla təltif olundular. Həmçinin mükafatçılara Azərbaycan Qol Güləşi Federasiyası və “İronMaxx Azərbaycan” şirkəti tərəfindən Almaniyanın bir nömrəli idman qida əlavələri olan “İronMaxx” məhsulları hədiyyə edildi.





Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
26-04-2024