Mobil versiya
Putin Ukrayna hakimiyyətinin seçkilərdə qalib gəlmək şanslarını dəyərləndirib
Tarix: 05-07-2024 | Saat: 18:20
Bölmə:Özəl | çapa göndər

Putin Ukrayna hakimiyyətinin seçkilərdə qalib gəlmək şanslarını dəyərləndirib

Hərbi vəziyyət başa çatdıqdan sonra hazırkı Ukrayna hakimiyyətinin seçkilərdə qalib gəlmək şansı sıfıra yaxındır. RİA Novosti xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin deyib.
Putin Ukraynada hərbi vəziyyətin ləğvindən sonra seçkilərin keçirilməsinin mümkünlüyünü dəyərləndirib. Onun fikrincə, hərbi vəziyyət ləğv edildikdən sonra seçkilərin keçirilməsi zərurəti ilə əlaqədar Ukrayna hakimiyyətinin planlarına atəşkəs daxil edilməyib.

"Reytinqlərini və legitimliyini itirmiş Ukrayna hökmdarlarının onları qazanmaq şansı sıfıra yaxındır", - Rusiya lideri bildirib.O, Ukraynada prezident seçkilərinin vaxtında keçirilmədiyini vurğulayıb.

Bundan əvvəl Putin Macarıstanın baş naziri Viktor Orbanla Ukrayna üzrə danışıqların məzmununu açıqlamışdı. O, həmçinin əlavə edib ki, Orban ona bu yaxınlarda Kiyevə səfəri və Ukrayna rəhbərliyi ilə danışıqların detalları barədə danışıb.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2024