Mobil versiya
Eltun Süleymanov: “Azərbaycan beynəlxalq müstəvidə yeni uğurları hədəfləyir”
Tarix: 05-07-2024 | Saat: 11:34
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Eltun Süleymanov: “Azərbaycan beynəlxalq müstəvidə yeni uğurları hədəfləyir”

“Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan, Hindistan, Pakistan və Özbəkistan tərəfindən əsası qoyulan Şanxay Əməkdaşlıq Təşkilatının mehriban qonşuluq və dostluq münasibətlərinin qurulması, qarşılıqlı etimadın güclənməsi, müxtəlif sahələrdə effektiv əməkdaşlığın təşviqi, regionda sülhün, sabitliyin və təhlükəsizliyin təmin edilməsi üçün birgə səylərin dəstəklənməsi, ədalətli yeni beynəlxalq siyasi və iqtisadi quruluşun yaradılmasıdır. 2001-ci ildə yaranan Şanxay Əməkdaşlıq Təşkilatı ciddi transformasiya yolu keçib. Hazırda doqquz üzvü olan təşkilat müşahidəçilər və dialoq üzrə tərəfdaşlarla birlikdə 26 ölkəni bir araya gətirir. Başqa sözlə, təşkilat üç milyarddan çox insanı - dünya əhalisinin 40 faizindən çoxunu birləşdirir. ŞƏT-in əsas prinsipləri olan qarşılıqlı etimad və mehriban qonşuluq münasibətlərinin gücləndirilməsi bu təşkilatı cəlbedici edir. Terrorizm, separatizm və ekstremizmlə mübarizə ŞƏT-in əsas prioriteti olaraq qalır. Eyni zamanda, Belarusun Astana Sammitində təşkilata tamhüquqlu üzv olacağı gözlənilir. Bununla da üzv dövlətlərin sayı 10-a çatacaq. Belarusun təşkilata qoşulmasından sonra ŞƏT Avropadan, Yaxın Şərqdən Cənubi və Şərqi Asiyaya qədər geniş coğrafi ərazini əhatə edəcək.”

Bu sözləri aia.az-a açıqlamasında Nəsimi RİH-nin yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.

Müsahibimiz bildirib ki, ölkəmizin başçısı cənab İlham Əliyevin ŞƏT+ formatında sammitə qatrılması, eləcə də Azərbaycanla Çin arasında “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə” nin qəbul olunması ölkəmizin bu təşkilatla sıx əməkdaşlıq perspektivlərindən xəbər verir. Bəyannamədə deyilir ki, tərəflər beynəlxalq və regional vəziyyətin tektonik və mürəkkəb inkişafı fonunda siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığı genişləndirməyə, beynəlxalq məsələlərdə qarşılıqlı fəaliyyəti gücləndirməyə, iki ölkənin ümumi maraqlarını birgə qorumağa, həmçinin regional və qlobal sülh, sabitlik və inkişaf fəaliyyətini birgə irəlilətməyə dair razılıq əldə ediblər.
Sənəddə deyilir ki, Azərbaycan tərəfi “Vahid Çin” prinsipini qətiyyətlə dəstəkləyir, dünyada yalnız bir Çinin mövcudluğunu, Çin Xalq Respublikası hökumətinin bütün Çini təmsil edən yeganə qanuni hökumət olduğunu, Tayvanın isə Çin ərazisinin ayrılmaz bir hissəsi olduğunu tanıyır, istənilən formada “Tayvanın müstəqilliyi”nə qarşı qətiyyətlə çıxış edir və Tayvan boğazının iki sahili arasındakı münasibətlərin dinc inkişafını, habelə Çin Hökumətinin Çinin birləşdirilməsi istiqamətində səylərini dəstəkləyir.”

Eltun Süleymanov bildirib ki, “Eyni zamanda Çin tərəfi Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin (“Orta Dəhliz”) tikintisində və istismarında fəal iştirak etməyə, Çin-Avropa və əksinə istiqamətdə cənub dəhlizinin yük qatarları üçün fasiləsiz işini və sürətləndirilmiş inkişafını birgə təşviq etmək məqsədilə Azərbaycanla və marşrut boyu yerləşən digər ölkələrlə daha sıx işləməyə, regional praktiki əməkdaşlığın dərinləşdirilməsi üçün əlverişli şərtlər yaratmağa, istehsal-təchizat zəncirlərinin təhlükəsizliyini və sabitliyini birgə təmin etməyə hazır olduğunu bildirib. Bu da onu göstərir ki mühüm geostrateji məkanda yerləşən Azərbaycan öz müdrik rəhbəri cənab İlham Əliyevin siyasəti nəticəsində beynəlxalq müstəvidə yeni uğurlara imza atacaqdır.”



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
08-07-2024