Mobil versiya
Bu kolleclərə yeni direktorlar təyin olundu
Tarix: 05-07-2024 | Saat: 17:40
Bölmə:Təhsil | çapa göndər

Bu kolleclərə yeni direktorlar təyin olundu

Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Şəhriyar Laçınov Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Sosial-İqtisadi Kollecinə, Sevinc Həmzəyeva Qida Sənayesi Kollecinə və Davud Davudov Maliyyə-İqtisad Kollecinə direktor təyin edilib.

Bu barədə aia.az-a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. Bildirilib ki, Şəhriyar Laçınov bakalavriat təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində, magistratura təhsilini isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin ABŞ-nin Corc Vaşinqton Universiteti ilə birgə həyata keçirdiyi “Təhsil menecmenti/Təhsil və insan inkişafı” istiqaməti üzrə almışdır. 3-cü “Yüksəliş” müsabiqəsinin finalçısı Ş.Laçınov bu təyinatadək Elm və Təhsil Nazirliyinin Kadrların peşəkar inkişafı sektorunun müdiri vəzifəsində çalışmışdır.

Davud Davudov Milli Aviasiya Akademiyasında “Hüquqşünas” ixtisası üzrə təhsil almış və 2018-ci ildə ona Ali Attestasiya Komissiyası tərəfindən Hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilmişdir. D.Davudov müxtəlif notariat kontorlarında aparıcı mütəxəssis, vəkil bürosunda hüquqşünas vəzifəsində çalışmışdır. O, 2020-cü ildən etibarən Milli Avasiya Akademiyasında müəllim olaraq fəaliyyətini davam etdirmişdir.

Sevinc Həmzəyeva 2005-ci ildə Bakı Qızlar Universitetinin Tarix və ictimaiyyət ixtisası üzrə bakalavriat təhsili almışdır. O, Cəbrayıl rayon Hovuslu kənd orta məktəbində tarix müəllimi, Bakı Qida Sənayesi Kollecində tarix müəllimi, şöbə müdiri və direktor müavini vəzifələrini icra edib. S.Həmzəyeva bu təyinatadək Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) nəzdində Qida Sənayesi Kollecində tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə