Mobil versiya
Bizim savaşımız itlərlə yox, o itlərin sahibləriylədir! - Elxan Şükürlü yazır
Tarix: 22-05-2024 | Saat: 13:58
Bölmə:Siyasət / Yazar2 | çapa göndər

Bizim savaşımız itlərlə yox, o itlərin sahibləriylədir! -

Bu, həyatımızın öyrətdiyi təcrübədir: bir itin sahibi ilə dalaşırsansa, həmin vaxt onun yanındakı itin üzərinə diş qıcayıb hürməsinə də normal baxmalı və buna həmişə hazır olmalısan!

Dostlar, bizim savaşımız itlərlə və ya həyatda özünə it rolu seçmişlərlə yox, o itlərin sahibləriylədir!

İnşallah, bir gün sahiblərinin başını əzdikdən sonra, bu it sürüsünün əniklərinin də, qancıqlarının da səsi birdəfəlik kəsiləcək, əmin olun!

İctimailəşdirmək və diqqətinizi yönəltmək istədiyim vacib bir məsələ var: mən hələ görmədim ki, yazılarım və efirdə səsləndirdiyim fikirlərlə bağlı məni bu ölkənin gələcəyini düşünən namuslu, əxlaqlı, həqiqi vətənpərvər və ağıllı insanları tənqid etsinlər, tutduğum yolun yanlış olduğunu desinlər, məni çəkindirsinlər!

Əksinə, ağlına və vətənpərvərliyinə şübhə etmədiyim, ölkənin gerçək siyasi mənzərəsindən, bizi gözləyən risk və təhlükələrdən, yürüdülən rəsmi siyasətdən tam xəbərdar insanlar, dövlət xadimləri və siyasətçilər, mütəxəssislər fəaliyyətimizi, sabit və dayanıqlı mövqeyimizi təqdir edir, təhlillərimizin əksəriyyətiylə razılaşırlar.

O fakta da mütləq diqqət yetirmənizi istəyirəm: məni sosial şəbəkələr üzərindən tənqid və təhqir edənlərin və etdirənlərin, istisnasız olaraq, hamısı bu ölkənin ən ləyaqətsiz, əxlaqsız, binamus şəxsləri və ya qüsurlu ailələrindən çıxanlardır!

Şübhəsiz ki, bunda da böyük bir hikmət var: bizim kimi insanlar həmişə belə zatıqırıqların, qanıxarabların, əyyaş həyatı sürən əxlaqsızların və binamusların hədəfində olub və olur! Bu da onlarla bizim aramızdakı sərhədin ayırıcı xətlərdir!

Məni gah Rusiya, gah da İran "agenti" çıxarmaq, "vətən xaini" qismində cəmiyyətə təqdim edib gözdən salmaq və bununla düşüncələrimizi dəyişməyə sövq etmək üçün dərisi-qabığı soyulan, aylardır ətrafımda və sosial şəbəkələrdə primitiv "əməliyyat" qurub səs, raport və post yazan axmaqlar anlamır ki, mən içdiyi Hərbi Andın müqəddəsliyini ana südü bilən və ona sadiqliyini də heç vaxt unutmayan bir Azərbaycan zabitiyəm!

Məndən "vətən xaini" düzəltmək istəyən axmaqlar və ləyaqətsizlər sürüsü hələ də anlamırlar ki, əgər mən 4 ildir, - müharibə başlayandan üzü bu yana, - efirlərdə çıxış edir, yazdığım mövqeyi o efirlərdən də səsləndirirəmsə, demək ki, dövlət üçün təhlükəli şəxs deyiləm!

Bunların məntiqiylə, mən "vətən xaini", "İran və Rusiya agenti"yəmsə, deməli, məni o efirlərə çağıranlar, yaxud həbs edib zərərsizləşdirməyənlərin də hamısı vətən xaini, Rusiya və İran agentləridir!

İşin ən maraqlı tərəfi də odur ki, mənə "vətən xaini" suçunu indi də dövlətimizdə yaşamağı bəyənməyib, ailəsiylə birgə başqa bir ölkəyə sığınan və o ölkənin qurumları qarşısında konkret öhdəliyi olan adamlara yazdırır, dedizdirirlər!

Axmaqlğın, sarsaqlığın və əclaflığın, həqiqətən, hüdudu olmurmuş!

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
27-11-2024