Mobil versiya
Yaponiya ABŞ-dan öz əsgərlərinin cinayətlərinin qarşısını almasını tələb edib
Tarix: 03-07-2024 | Saat: 08:19
Bölmə:Özəl | çapa göndər

Yaponiya ABŞ-dan öz əsgərlərinin cinayətlərinin qarşısını almasını tələb edib

Yaponiya hökuməti ABŞ-dan Yaponiya torpaqlarında yerləşdirilən amerikalı hərbçilərin cinayətlərinin qarşısını almaq üçün lazımi tədbirlər görməyi tələb edəcək. Bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşimasa Hayaşi növbəti mətbuat konfransında bildirib.
“Amerika hərbçilərinin cinayət törətməsi son dərəcə təəssüf doğurur, biz onların qarşısını almaq üçün lazım olan hər şeyin edilməsini tələb edəcəyik” dedi.2023-cü ildən bəri Yaponiyada Yaponiya ərazisində yerləşən ABŞ hərbi qulluqçuları ilə bağlı ən azı beş insident baş verib. Xüsusilə, ötən ilin dekabrında 25 yaşlı ABŞ əsgəri 16 yaşlı məktəbli qızı qaçıraraq təcavüz edib. Hadisə yalnız keçən ay əsgərə rəsmi ittiham irəli sürüldükdən sonra geniş ictimaiyyətə çatdırıldı. Həmçinin iyun ayında geniş ictimaiyyət daha bir oxşar hadisədən xəbərdar oldu - may ayında Okinava polisi yerli qadını zorlamaqda şübhəli bilinərək başqa bir amerikalı hərbçini həbs etdi.Yaponiyadakı bütün Amerika obyektlərinin 70%-dən çoxu Okinava adasında, o cümlədən ABŞ-dan kənarda yerləşən ən böyük hava qüvvələri bazası olan Kadenada cəmləşib. Orada dəniz diviziyası da yerləşdirilib.

aia.az
tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-07-2024