Mobil versiya
Kiyevdə doqquzmərtəbəli binaya dron zərbəsi – Ölən və yaralananlar var
Tarix: 12-11-2026 | Saat: 13:43
Bölmə:Özəl | çapa göndər

Kiyevdə doqquzmərtəbəli binaya dron zərbəsi – Ölən və yaralananlar var



Ukraynanın paytaxtı Kiyevdə doqquzmərtəbəli yaşayış binasına pilotsuz uçuş aparatının çırpılması nəticəsində güclü yanğın və dağıntılar baş verib. Hadisə zamanı bir nəfər həyatını itirib, yeddi nəfər yaralanıb.

Kiyev meri Vitali Kliçkonun açıqlamasına görə, hadisə şəhərin Solomensk rayonunda qeydə alınıb. Dron zərbəsi nəticəsində binanın xarici divarının bir hissəsi uçub, bir neçə mərtəbədə ciddi dağıntılar yaranıb.

Həlak olan şəxsin 44 yaşlı qadın olduğu bildirilir.

Kiyev Şəhər Hərbi Administrasiyası və Dövlət Fövqəladə Hallar Xidmətinin məlumatına əsasən, zərbədən sonra binanın üçüncü mərtəbəsindən altıncı mərtəbəsinə qədər yerləşən mənzillərdə güclü yanğın başlayıb. Beşinci mərtəbədə isə binanın konstruksiyasına ciddi ziyan dəyib.

Hadisə yerinə cəlb olunan xilasedicilər yanan binadan üç nəfəri çıxararaq xilas ediblər. Xəsarət alan yeddi sakinə ilkin tibbi yardım göstərilib.

Yanğın artıq söndürülüb. Hazırda dağıntılar altında insanların qalıb-qalmadığını müəyyənləşdirmək üçün axtarış-xilasetmə işləri davam etdirilir.

Məlumata görə, gecə saatlarında təkcə Kiyev deyil, Ukraynanın digər bölgələri də ballistik raketlər və kamikadze dronlarla kütləvi hücuma məruz qalıb.

Hücumlar nəticəsində ölkənin doqquz regionunda elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Aidiyyəti qurumlar zərər çəkmiş ərazilərdə dağıntıların miqyasını müəyyənləşdirmək və infrastrukturun fəaliyyətini bərpa etmək üçün işləri davam etdirirlər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
12-11-2026