“Konstitusiyada müasir dövrün hüquqi dövlət quruculuğu meyilləri nəzərə alınıb” - DEPUTAT
Tarix: 12-11-2026 | Saat: 15:06
Bölmə:Siyasət | çapa göndər

1918-1920-ci illərdə cəmi 23 ay mövcud olduğundan Azərbaycanın konstitusiya quruluşunun tarixi SSRİ-nin tərkibində olduğu dövrə təsadüf edir. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra isə yeni Konstitusiyanın hazırlanması dövlət quruculuğunun qarşısında duran əsas vəzifələrdən biri idi. Lakin ölkədə hökm sürən siyasi böhran, hakimiyyət qarşıdurmaları, iqtisadi tənəzzül və təhlükəsizlik problemləri bu istiqamətdə zəruri addımların atılmasına imkan vermədi. Dövlət müstəqilliyi ciddi təhlükələrlə üzləşmiş, cəmiyyətin sabitliyi və vətəndaşların təhlükəsizliyi böyük sınaq qarşısında qalmışdı.
1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin xalqın tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdışı ölkənin inkişaf istiqamətində əsaslı dönüş yaratdı. İctimai-siyasi sabitliyin təmin olunması, dövlət institutlarının möhkəmləndirilməsi və hüquqi dövlət quruculuğu yeni Konstitusiyanın hazırlanması üçün zəruri şərait formalaşdırdı. Dahi siyasətçi Heydər Əliyev müstəqil Azərbaycanın Əsas Qanununun uzunmüddətli dövlətçilik maraqlarına xidmət etməli olduğunu xüsusi vurğulayırdı: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun”. Məhz bu dövlətçilik fəlsəfəsi əsasında hazırlanmış Konstitusiya 1995-ci il noyabrın 12-də referendum yolu ilə qəbul edildi. Seçicilərin 91,9 faizinin dəstəklədiyi Konstitusiya noyabrın 27-də qüvvəyə mindi. Bununla da müstəqil Azərbaycanın hüquqi və institusional quruculuğunda yeni mərhələnin əsası qoyuldu.
Konstitusiyanın mühüm xüsusiyyətlərindən biri insan hüquq və azadlıqlarına verdiyi geniş təminatlardır. Təsadüfi deyil ki, Əsas Qanunun 48 maddəsi bilavasitə insan hüquqları və onların müdafiəsi məsələlərini əhatə edir. Bu müddəalar Azərbaycanın hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunun əsas istiqamətlərini müəyyənləşdirir.
Konstitusiyanın qəbulundan sonrakı dövrdə ölkənin hüquqi bazası və dövlət institutları inkişaf etdirildi. 1998-ci ildə Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. 2002, 2009 və 2016-cı illərdə keçirilən referendumlar isə dəyişən ictimai-siyasi və idarəetmə reallıqlarına uyğun olaraq Ana Qanunun təkmilləşdirilməsinə imkan yaratdı.
Azərbaycan Konstitusiyasının tarixi əhəmiyyəti bu gün ölkəmizin ərazi bütövlüyünü və dövlət suverenliyini tam bərpa etməsi fonunda daha aydın görünür. 2020-ci il Vətən müharibəsində qazanılan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində Azərbaycanın bütün ərazisində suverenliyi təmin edildi. Bununla da Konstitusiyanın Preambulasında bəyan edilmiş müstəqilliyin, suverenliyin və ərazi bütövlüyünün qorunması niyyətləri yeni tarixi reallıqda öz ifadəsini tapdı.
Prezident İlham Əliyevin 2024-cü il dekabrın 28-də imzaladığı Sərəncamla 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edildi. Bu qərar Konstitusiyanın dövlətçilik tariximizdəki yerinin, suverenliyin bərpasının və hüquqi dövlət quruculuğunun əhəmiyyətinin bir daha ön plana çıxarılması idi.
Bu gün işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı və həmin ərazilərdə dövlət idarəçiliyinin bərpası suverenliyin real göstəriciləridir. Azərbaycanın bütün ərazisində Konstitusiyanın hüquqi qüvvəsinin təmin olunması müstəqil dövlətçiliyimizin yeni mərhələsinin mühüm göstəricisidir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
12-11-2026