Mobil versiya
Trampdan seçkilərlə bağlı açıqlama - "Bu halda hər şeyə veto qoyacağam"
Tarix: 04-11-2026 | Saat: 09:23
Bölmə:Manşet / Dünya | çapa göndər

Trampdan seçkilərlə bağlı açıqlama -

ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında üzərində "Veto" sözü yazılmış qırmızı papaq fotosunu paylaşıb.

aia.az xəbər verir ki, bu paylaşım, Demokratlar Partiyasının Konqresin hər iki palatasında – Nümayəndələr Palatası və Senatda – çoxluq qazana biləcəyinə dair xəbərlərin ardınca gəlib. Eyni zamanda, ABŞ prezidenti bildirib ki, demokratlar, çox güman ki, onunla işləmək istəyəcəklər.

O, "CBS News"a verdiyi müsahibədə qeyd edib: "Əks halda, mən sadəcə hər şeyə veto qoyacağam və bu, onların xoşuna gəlməyəcək".

Daha əvvəl ABŞ lideri aralıq seçkilərin nəticələrini qəbul etməyə və demokratlarla əməkdaşlıq etməyə hazır olduğunu bildirmişdi.

***

Demokrat Partiyasının nümayəndələri hazırda ABŞ Konqresində yerlərin əksəriyyətini qazanırlar.

aia.az xəbər verir ki, "Associated Press" Senatda Demokratların qələbə qazanacağını proqnozlaşdırır. Agentliyin proqnozlarına görə, hazırda Demokratlar 45 Senat yerinə, Respublikaçılar isə 35 yerə sahibdirlər.

Nümayəndələr Palatasında Demokratlar 76 yerə, Respublikaçılar isə 39 yerə sahibdirlər.

Xatırladaq ki, ABŞ-də aralıq konqres seçkiləri keçirilir. Nəticələr Nümayəndələr Palatasının və Senatın tərkibini müəyyən edəcək. Söhbət Konqresin aşağı palatasındakı 435 yerin hamısından və Senatdakı 100 yerdən gedir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
04-11-2026