Mobil versiya
İrəvan Moskvadan şikayət etdi: Rusiya ilə bağlı qərar oktyabrda veriləcək
Tarix: 29-09-2026 | Saat: 19:44
Bölmə:Özəl | çapa göndər

İrəvan Moskvadan şikayət etdi: Rusiya ilə bağlı qərar oktyabrda veriləcək



Ermənistan Rusiyanın ölkədən ixrac olunan məhsullara tətbiq etdiyi məhdudiyyətləri Avrasiya İqtisadi İttifaqı çərçivəsində mübahisələndirməyə hazırlaşır. Məsələyə oktyabrda Avrasiya İqtisadi Komissiyasının iclasında baxılması gözlənilir.

Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib ki, İrəvan Rusiyanın addımlarını bir üzv dövlətin digərinə yaratdığı ticarət maneəsi hesab edir.

Onun sözlərinə görə, Avrasiya İqtisadi Komissiyası tətbiq edilən tədbirləri rəsmi olaraq maneə kimi tanıyarsa, onların aradan qaldırılması üçün müvafiq dövlətə 30 gün vaxt verilə bilər.

Rusiya mayın sonlarından etibarən Ermənistandan gətirilən bir sıra kənd təsərrüfatı və ərzaq məhsullarına mərhələli məhdudiyyətlər tətbiq edib. Oktyabrdakı müzakirə Moskva ilə İrəvan arasında yaranmış ticarət probleminin Aİİ mexanizmləri çərçivəsində necə həll olunacağına aydınlıq gətirə bilər.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-09-2026