Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi anılıb -Fotolar
Tarix: 24-11-2025 | Saat: 11:39
Bölmə:Özəl | çapa göndər

Noyabr ayının 24-ü Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun doğum günüdür,
aia.az xəbər verir ki, bu gün Yeni Azərbaycan Partiyasının Qusar rayon təşkilatının kollektivi, partiya fəalları Çingiz Qurbanovun ailə üzvləri ilə birlikdə Milli Qəhrəmanın məzarını ziyarət edərək xatirəsini ehtiramla yad edib.
Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusar rayonun Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Şəhidin cəsədi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakı şəhərində vida mərasimi keçirildikdən sonra şəhid Çingiz Qurbanov fevralın 6-da Qusar şəhərindəki Fəxri xiyabınında dəfn edilib.
2017-ci il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər