Azərbaycanın şanlı Zəfərinin təcəssümü və böyük qayıdışın strateji mərhələsi
Tarix: 24-11-2025 | Saat: 15:33
Bölmə:Özəl | çapa göndər

Azərbaycanın ərazi bütövlüyünün tam bərpası və Kəlbəcərin işğaldan azad edilməsi ölkəmizin müasir tarixində dönüş nöqtəsi oldu. Bu böyük tarixi hadisənin əbədiləşdirilməsi məqsədilə cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 25 noyabr – Kəlbəcər şəhəri günü elan edilmişdir. Bu gün, təkcə bir şəhərin qurtuluş tarixi deyil, həm də Kəlbəcərin dirçəlişinin, bərpasının, strateji yüksəlişinin rəmzinə çevrilmişdir.
Kəlbəcərin 2020-ci ilin 25 noyabrında döyüşsüz şəkildə işğalçılardan azad olunması Azərbaycanın diplomatik və hərbi gücünün sintezinin ən bariz nümunəsi oldu. Dövlət başçısının rəhbərliyi ilə aparılan uğurlu hərbi-siyasi strategiya nəticəsində Kəlbəcər böyük dağıntılara baxmayaraq qüsursuz şəkildə geri qaytarıldı.
Bu günün rəsmi şəkildə “Kəlbəcər şəhəri günü” kimi təsis olunması həm şəhərin bərpa prosesinə dövlət səviyyəsində verilən yüksək dəyəri, həm də bölgənin strateji əhəmiyyətini bir daha göstərir. Bu addım Kəlbəcərin inkişafını, doğma yurdlarına qayıdacaq sakinlərin daha güclü sosial və iqtisadi imkanlara sahib olmasını təmin edən mühüm siyasi mesajdır.
Kəlbəcər üçün hazırlanan uzunmüddətli “Baş plan” şəhərin 2040-cı ilədək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm strateji sənəddir. Bu plan:
• müasir şəhərsalma standartlarını,
• yaşıl enerji və dayanıqlı infrastruktur prinsiplərini,
• sosial xidmətlərin mərhələli şəkildə genişləndirilməsini,
• turizm və sənaye potensialının reallaşdırılmasını
özündə birləşdirir.
Baş plan Kəlbəcərin gələcəkdə Qərbi Zəngəzurun ən müasir yaşayış, sənaye və turizm mərkəzlərindən birinə çevriləcəyini göstərir.
İşğaldan azad olunmuş bütün ərazilərdə olduğu kimi Kəlbəcərdə də sürətli infrastruktur quruculuğu aparılır. Şəhərdə inşa edilən 524 ailəlik yeni yaşayış məhəlləsi böyük qayıdışın əsas dayaqlarından biridir.
Bu kompleks:
• yüksək seysmik davamlılığa malik yaşayış binaları,
• məktəb, uşaq bağçası, səhiyyə məntəqələri,
• sosial xidmət obyektləri,
• yaşıllıq və istirahət zonaları
ilə təmin ediləcək. Bu, qayıdacaq kəlbəcərlilərin təhlükəsiz və komfortlu şəkildə yaşayışını təşkil edən mühüm layihədir.
Kəlbəcərin kəndlərinin bərpası bölgənin tam sosial dirçəlişi baxımından əsas prioritetlərdəndir. Yanşaq kəndinin yenidən qurulması layihəsi çərçivəsində:
• 421 ailənin məskunlaşdırılması,
• yeni yol, su, işıq və qaz xətlərinin çəkilməsi,
• məktəb, tibb məntəqəsi və digər sosial obyektlərin tikilməsi
nəzərdə tutulur.
Bu kənd həm strateji mövqeyi, həm də əkinçilik, maldarlıq və turizm potensialı ilə xüsusi əhəmiyyət daşıyır.
Bölgənin ən böyük kəndlərindən biri olan Zalların yenidən qurulması layihəsi Kəlbəcərin məskunlaşma xəritəsində mühüm yer tutur. Buraya:
• yeni məktəb və bağça,
• mədəniyyət evi,
• tibbi xidmət məntəqəsi,
• müasir kənd təsərrüfatı infrastrukturunun qurulması
daxildir. Ümumilikdə 487 ailə üçün nəzərdə tutulan bu layihə kəndin əvvəlki həyat ritmini və iqtisadi fəaliyyətini tam bərpa edəcək.
Prezident İlham Əliyevin Kəlbəcərə səfərləri bölgənin inkişafına verilən yüksək siyasi dəstəyin bariz nümunəsidir. Bu səfərlərdə həm yeni layihələrin təməli qoyulmuş, həm də açılışlar həyata keçirilmişdir.
07 noyabr 2023
• Kəlbəcər rayonunun Vəngli kəndinə baxış keçirilmişdir.
Bu tarix Kəlbəcərin bərpa salnaməsinə yeni bir səhifə kimi yazıldı. Səfər zamanı dövlət başçısı çoxsaylı mühüm obyektlərin açılışında və təməlqoymasında iştirak etdi:
• “Yuxarı Vəng” Su Elektrik Stansiyasının (SES) açılışı
• Xudavəng monastır kompleksinə baxış
• Toğanalı–Kəlbəcər–İstisu yolunun 4-cü tuneli və 15,2 km-lik hissəsi ilə tanışlıq
• Kəlbəcər şəhərində ikinci yaşayış kompleksinin təməlqoyması
• Kəlbəcər Şəhər Təhsil Kompleksi və modul tipli məktəb layihəsi
• Kəlbəcər şəhərində inzibati binanın təməlqoyması
• 524 ailəlik yaşayış kompleksində görülən işlərə baxış
• “İstisu” mineral su zavodunun açılışı
• “Zar” və “Toğanalı” Kiçik Su Elektrik Stansiyalarının açılışı (SCADA vasitəsilə)
• “İstisu” yarımstansiyasının açılışı
• “İstisu” Müalicə-Istirahət Kompleksində aparılan tikinti işlərinə baxış
• İstisu qəsəbəsinin təməlqoyma mərasimi
Bu səfər Kəlbəcərin iqtisadi, turizm, energetika və nəqliyyat potensialını əsaslı şəkildə yüksəldən tarixi hadisəyə çevrildi.
25 noyabr – Kəlbəcər şəhəri günü təkcə bir tarixi hadisənin xatırlanması deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra quruculuq və inkişaf strategiyasının təcəssümüdür. Kəlbəcər hazırda ən genişmiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığı bölgələrdən biridir.
Ulu Öndər Heydər Əliyevin “Kəlbəcər Azərbaycanın ən gözəl diyarıdır” sözləri bu gün dövlət siyasətində real nəticələrini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Kəlbəcər artıq təkcə keçmişin gözəl xatirəsi deyil, həm də gələcəyin müasir, güclü, dayanıqlı və təhlükəsiz şəhərinə çevrilməkdədir.
Prezident İlham Əliyevin Kəlbəcərə Səfərləri
1. 25 avqust 2023
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər. Səfər çərçivəsində “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında iştirak edib. Prezident “İstisu” Mineral Su Zavodunun tikintisi ilə tanış olub. “Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik Stansiyalarının açılışı olub. Zar kəndində təməlqoyma mərasimi keçirilib.
2. 27 may 2023
İlham Əliyev Kəlbəcər rayonuna səfər edib. Bu səfərdə “Yansaq” və “Zallar” kəndlərinin təməlqoyma mərasimləri olub. “Gamışlı” və “Meydan” Kiçik Su Elektrik Stansiyalarının açılışı keçirilib. Kəlbəcər-İstisu avtomobil yolunun 82 km-lik hissəsi haqqında məlumat alınıb və tikinti gedişi yoxlanılıb 960 yerlik məktəbin, hərbi hospitalın təməlqoyması olub.
3. 02 sentyabr 2024
Prezident və birinci xanım Kəlbəcərə səfər ediblərBu səfərdə “Yuxarı Vəng” Su Elektrik Stansiyasının açılışı olub. Kəlbəcərdə İstisu mineral su zavodunun açılış mərasimi keçirilib. Kəlbəcərdə ikinci yaşayış kompleksinin təməlqoyma mərasimi olub. Şəhərdə inzibati binanın təməli qoyulub.
Kəlbəcər Şəhər Təhsil Kompleksində modul məktəb layihəsi ilə tanışlıq olub. 524 ailəlik yaşayış kompleksində görülən işləri nəzərdən keçirib.
4. 21 avqust 2025
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər edibSəfərdə onlar ilk yaşayış kompleksinin sakinləri ilə görüşüb, mənzillərin açarlarını təqdim ediblər. Onlar həmçinin Kəlbəcər şəhəri parkının təməl daşını qoyublar. “Balland” – Kəlbəcər bal və arıçılıq məhsulları mağazasının açılışı olub.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər