YER -YURD ADLARIMIZIN TARİXİ: AMASİYA, YOXSA HAMASA?
Tarix: 24-11-2025 | Saat: 15:06
Bölmə:Manşet / Gündəm / Ölkə / Özəl / Qərbi Azərbaycan / Yazar3 | çapa göndər

Şəmsi Qoca,
Qərbi Azərbaycan İcması
Aparatının elmi işçisi
Qərbi Azərbaycanın şimal-qərb hissəsində yerləşən Amasiya rayonu. Bu ad ilk baxışdan adi bir coğrafi ad kimi görünə bilər, lakin onun mənşəyi ətrafındakı mübahisə əsrlərlə davam edən bir tarixi, mədəni və siyasi mübarizənin əks-sədasıdır. Bu məkanın əsl adı nədir – Amasiya, yoxsa Hamasa?
Qərbi Azərbaycanın sinəsində yerləşən Amasiya, əslində tək bir ad deyil, əsrlərin yaddaş qatıdır. Bu gün rəsmi sənədlərdə Amasiya yazılsa da, əhalinin qəlbində bu məkanın adı Hamasa olaraq qalıb. Amasiya toponimi, nə qədər kənardan, yad səslənsə də, əslində o, bir vaxtlar bu geniş ərazinin bütün mənəviyyatını təcəssüm etdirən Ağbaba mahalı üzərində həyata keçirilmiş siyasi saxtalaşdırmadır. Amasiya adının Ermənistanın şimal-qərbində tətbiq edilməsi, Türkiyə torpaqlarına ərazi iddialarını beynəlxalq miqyasda simvolik olaraq "əsaslandırmaq" cəhdi idi.
Bu adın mənşəyi ilə bağlı qədim fərziyyələr bizi qədim döyüşkən icmalara aparır. Məşhur coğrafiyaşünas Strabon, adın mənşəyini araşdırarkən, onu Amazon kraliçası Amasis ilə əlaqələndirirdi. Bu Amazon əfsanələri, əslində, Avrasiya çöllərində hökmranlıq edən qadın döyüşçü obrazlarının – o cümlədən Azərbaycan tarixində öz qətiyyəti ilə tanınan Massaget kraliçası Tomirisin – tarixi varlığının əks-sədasıdır. Bu, bölgənin qədim dövrlərdən bəri güclü və döyüşkən icmaların məskəni olduğunu göstərir.
Lakin bu yerin əsl yerli adı olan Hamasanın etimologiyası daha dərin qatlara, Türk-İslam mədəniyyətinə işarə edir. Məhz bu üç söz – Amasiya, Hamasa, Həmasa – bölgənin adının zamanla necə siyasi təhrifə məruz qaldığını göstərən üç fərqli mərhələdir. Yerli əhalinin yaddaşında yaşayan Hamasa (və ya Həmasa), ərəb dilindən gələn "Həmasa" (حماسة) sözünün birbaşa daşıyıcısıdır. Bu sözün mənası "İgidlik", "Qəhrəmanlıq" və "Coşqunluq" deməkdir. Bu mənşəyə görə, kənd ya döyüşkən icmanın mərkəzi olduğu üçün, ya da İslamı yayan Babaların mənəvi qəhrəmanlığına işarə olaraq bu adı daşımışdır.
Bu "igidlik" mənası həm də bölgənin qədim kökünü təsdiqləyir. Qara dəniz sahillərindən Qafqaza qədər yayılan Amazonlar haqqındakı rəvayətlər və Azərbaycan tarixinin qəhrəman qadın hökmdarı Tomirisin (Massaget) obrazı eyni böyük "döyüşkən qadın arxetipi"ni təmsil edir. Hamasa adı da bu qədim, cəsur irsin davamçısı kimi yaranmış ola bilər.
Məhz bu güclü və orijinal Hamasa adı erməni siyasəti tərəfindən Amasiya şəklinə salınaraq yad bir toponimə çevrilmişdir.
"Ağbaba" toponimi, Sarıbaba və Göybaba adları ilə birlikdə, bölgənin Sufi "Baba" kultu mərkəzi olduğunu göstərir.
Bu yerin tarixində üç müqəddəs Baba – Ağbaba, Sarıbaba və Göybaba – dayanır. Mənim ana babam – Axund Qara Məhəmməd oğlu Əlinin (1869-1976)zəngin yaddaşından bizə miras qalan rəvayətə görə, bu üç şeyx İslamın nurunu bu dağlara, bu düzənlərə gətirmiş, öz ömürlərini bu yolda tamamlayaraq, vəfat etdikləri yerlərdə də dəfn olunmuşlar. Məhz buna görə Ağbabanın məzarı Ağbaba dağında, Göy Babanın məzarı Gökçə dağda, Sarı Babanın məzarı isə Loru mahalındakı Sarıbaba dağındadır. Bu adlar təsadüfi yaranmayıb; onlar bu diyarın mədəniyyətini, dinini və mənəvi coğrafiyasını müəyyən edən ocaqlardır.

Tarixi yaddaşın qorunması uğrunda aparılan bu mübarizənin ən canlı səhnəsi, məhz mənim uşaqlıq yaddaşımda – babamın yaşadığı evdə – cərəyan etmişdi. Bir dəfə bizə bir erməni alimi gəlmişdi. O, babamla mübahisə edir, Ağbaba adının əsl mənşəyini inkar etməyə çalışaraq, bu toponimi emosional, lakin tamamilə uydurma bir hekayə ilə əlaqələndirirdi: guya bir baba nəvəsi ilə birlikdə Ağbaba yaylağına vaxtından tez qalxır, boranda donur və nəvəsi onun ölümünə ağlayaraq "Ax baba, ax baba!" deyir. Babam isə ona qarşı təmkinlə, lakin qətiyyətlə durmuşdu. "Hər belə hadisəyə bir mahal, yer, yurd adının verilməsi mümkün deyildir," deyən babam, bu övliyaların məzarlarının indi də ziyarətgah olduğunu, yəni bu adın təsadüfi bir faciə deyil, əsrlər boyu yaşanmış bir inancın və tarixin nəticəsi olduğunu dəlillərlə sübut etmişdi. Bu tarixi həqiqət qarşısında erməni alim sakitcə durub getmişdi.
Ağbabanın İlanlıdan Ağlağan dağına qədər olan hissəsi isə Qayqulu adlanırdı. Bu ərazidə məskunlaşan əhali isə sadəcə bir icma deyil, Oğuz-Türk Qayı boyunun izlərini daşıyan Qayqulu Eli idi. Qayqulu Qazançı kimi kənd adlarında bu qədim etnik kök aydın oxunurdu.
Lakin XX əsrdə rus-erməni birliyi bu tarixi coğrafiyanı məhv etməyi qarşısına məqsəd qoydu. 1921-ci il Qars müqaviləsi ilə parçalanan Ağbaba mahalının Ermənistan SSR-ə verilən hissəsi 1930-cu ildə iki yeni rayon – Amasiya və Qukasyan – kimi süni şəkildə yaradıldı. Bu inzibati zərbənin əsas məqsədi Ağbaba adını inzibati sənədlərdən silmək idi. Hamasanın Amasiyaya çevrilməsi, Qayqulu Qazançı kəndinin adından "Qayqulu"nun ixtisarı və Qazançı adının Qazançi şəklində erməni fonetikasına uyğunlaşdırılması bu siyasətin incə detalları idi.
Bu siyasət fiziki müstəviyə də keçdi. Qayqulu elindəki bütün türk kəndləri depopulyasiya edildi. Təcrid olunmuş Amasiya rayonu – Ermənistanın 98% Azərbaycan türklərindən ibarət olan yeganə rayonu – mühasirəyə alındı. Taşir (Vorontsovka, Kalinino) və Başkeçidlə tarixi əlaqələri kəsildi, kəndlərin torpaqları qonşu erməni kolxozları arasında bölüşdürüldü. Bu iqtisadi boğma siyasəti ilə məqsəd aydın idi: əhalinin bezərək yurdundan köçməsinə nail olmaq.
Bu gün Amasiya, hələ də o faciəli keçmişin səssiz bir şahididir. Onun adı sadəcə bir toponim deyil, itirilmiş bir yurdun, məhv edilmiş bir kultun və zorla köçürülmüş bir xalqın hekayəsidir. Ağbaba adı xalqın dilindən və yaddaşından heç vaxt silinmədi, lakin erməni siyasəti məhz Hamasanı Amasiya etməklə bu qədim yurdun adını təhrif etməyi qarşısına məqsəd qoydu. Tarixi həqiqətlərin bərpası isə bu yad adın altından Amasiya yox, məhz Hamasanın əsl səsini çıxarmaqdan başlayır.
Bir sözlə, Amasiya, bu bölgəyə inzibati yolla tətbiq edilmiş siyasi bir addır. Bölgənin əsl tarixi və mədəni kimliyi Hamasa, Ağbaba, Qayqulu toponimlərində yaşayır. Bu adların qorunması uğrunda mübarizə, sadəcə bir coğrafi adın bərpası deyil, həm də Qərbi Azərbaycanın tarixi yaddaşının və silinməyə çalışılan mədəni irsinin qorunması deməkdir.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər