Venesuela: Ölkə sahilləri yaxınlığında 5-dən çox döyüş təyyarəsi aşkar edilib
Tarix: 03-10-2025 | Saat: 14:19
Bölmə:Özəl | çapa göndər

Venesuelanın müdafiə naziri Vladimir Padrino Lopez Karib dənizində ölkə sahilləri yaxınlığında 5-dən çox döyüş təyyarəsinin aşkarlandığını açıqlayıb.
VTV dövlət televiziya kanalında danışan Lopez Karib dənizindəki fəaliyyətin yaxından izlənildiyini bildirib.
Nazir Lopez bəyan edib ki, Venesuela İnteqrasiya edilmiş Hava Hücumundan Müdafiə Sistemi ölkənin şimal sahillərində və ətraf ərazilərdə Karib dənizinin hava məkanında beşdən çox döyüş təyyarəsi aşkar edib. O, bu təyyarələrin mövcudluğunu “təxribat” və “milli təhlükəsizliyə təhdid” kimi qiymətləndirib.
ABŞ-ın Karib dənizindəki hərbi fəaliyyətinə reaksiya verən Lopez, "ABŞ hökumətinin Venesuela xalqına qarşı hərbi təqiblərini və hərbi təhdidlərini dünya qarşısında qınayıram. Yenə deyirəm, bu, təxribatdan başqa bir şey deyil" dedi.
Lopez, ABŞ-ın potensial hücumu halında ümummilli "milli səfərbərlik" elan edə biləcəklərini vurğulayaraq, "Puerto Rikoda yerləşdirilən F-35-lərin Venesuela ərazisinə yaxınlaşmağa cəsarət etdiyini bilirik. Biz onları izləyirik, lakin bu bizi qorxutmur. Daha əvvəl belə təyyarələrin yerləşdirildiyini görməmişdik" dedi.
Lopez, Bolivar Milli Silahlı Qüvvələrinin (FANB) prezident Nikolas Maduronun təlimatı ilə mümkün ssenarilərə hazırlaşdığını açıqlayaraq, "ABŞ-dan ola biləcək hücum üçün hazırlıqlarımızı davam etdiririk. Lazım gələrsə, ölkənin bütün qaynaqlarını səfərbər edib səfərbərlik elan edəcəyik" dedi.
Karib dənizində fəaliyyət
ABŞ prezidenti Donald Tramp daha əvvəl Latın Amerikası narkotik kartelləri ilə mübarizə üçün imzaladığı fərmanla ordudan istifadənin artırılması və daha səmərəli istifadə edilməsi barədə göstəriş vermişdi.
Bu kontekstdə ABŞ avqustun sonunda USS Gravely, USS Jason Dunham və USS Sampson döyüş gəmilərini Venesuela sahillərinə göndərdi.
Venesuela prezidenti Maduro cavab olaraq ölkədə 4,5 milyon milis qüvvəsini səfərbər etdiyini və istənilən hücumu dəf etməyə hazır olduğunu açıqlayıb.
ABŞ-ın müdafiə naziri Pit Heqset ölkəsinin ordusunun Venesuelada rejim dəyişikliyi əməliyyatına hazır olduğunu bəyan edib.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
03-10-2025
15:05 Dahi şəxsiyyət