Mobil versiya
Adəm İsmayıl Bakuvi: “Azərbaycan-İtaliya strateji tərəfdaşlığının əhatə dairəsi getdikcə genişlənir”
Tarix: 03-10-2025 | Saat: 11:33
Bölmə:Manşet / Siyasət | çapa göndər

Adəm İsmayıl Bakuvi: “Azərbaycan-İtaliya strateji tərəfdaşlığının əhatə dairəsi getdikcə genişlənir”

“Cənab Prezident İlham Əliyevin bəyanatı göstərir ki, Azərbaycan-İtaliya əlaqələri təkcə ikitərəfli diplomatik münasibətlər kontekstində deyil, həm də Avropa enerji təhlükəsizliyinin təmin olunması baxımından strateji əhəmiyyət kəsb edir. Xüsusilə TAP layihəsinin uğurla reallaşması və Cənub Qaz Dəhlizinin genişlənməsi, Azərbaycanın regional enerji xəritəsindəki mövqeyini möhkəmləndirib. Dövlət başçısının qeyd etdiyi kimi, İtaliya Azərbaycanın qaz və neft ixracında əsas tərəfdaşlardan biri olmaqla yanaşı, bu əməkdaşlıqda təşəbbüskar mövqe də nümayiş etdirib.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamasında ictimai-siyasi xadim, Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvi səsləndirib.

Partiya sədri bildirib ki, Azərbaycan-İtaliya münasibətlərinin bugünkü səviyyəyə çatmasında ölkə liderləri arasında formalaşan qarşılıqlı etimad və dostluq əlaqələri mühüm rol oynayıb. Həmçinin öz şərhində politoloq Azərbaycan və İtaliyanın birgə reallaşdırdıqları enerji layihələrinin təkcə iqtisadi deyil, həm də uğurla istifadə olunan siyasi və diplomatik alətlər olduğunu vurğulayıb: “Burada diqqət çəkən mühüm məqam Prezident Mattarellanın TAP layihəsi ətrafındakı problemlərin həllinə şəxsən müdaxilə etməsidir. Bu, klassik diplomatiyadan fərqli olaraq liderlər səviyyəsində formalaşan şəxsiyyətlərarası etimadın nümunəsidir. Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi Avropa bazarında tutduğu mövqe, məhz bu cür siyasi iradə və əməkdaşlıq modelinin nəticəsidir. Bir mühüm məqamı da qeyd etmək lazımdır ki, Cənab Prezident İlham Əliyevin xatırlatdığı elektrik enerjisi layihəsi Cənub Qaz Dəhlizinin davamı olaraq enerji dəhlizlərinin müxtəlifləşdirilməsinə xidmət edəcək. Xəzərin dibi ilə Orta Asiyadan Avropaya uzanacaq enerji marşrutları Azərbaycanın tranzit ölkə rolunu daha da gücləndirəcək. Bu isə regionda geosiyasi balansların dəyişməsinə səbəb ola bilər. Bu bəyanat bir daha təsdiq edir ki, enerji layihələri təkcə iqtisadi deyil, həm də siyasi və diplomatik alətlərdir. Azərbaycanın İtaliya ilə münasibətləri bu alətlərdən səmərəli istifadə edən uğurlu model nümunəsidir” – deyə, Adəm İsmayıl Bakuvi fikirlərini tamamlayıb.







Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2025