Mobil versiya
Türkiyədə inflyasiya 33%-i ötüb
Tarix: 03-10-2025 | Saat: 12:09
Bölmə:İqtisadiyyat | çapa göndər

Türkiyədə inflyasiya 33%-i ötüb

Türkiyədə illik inflyasiya yüksəlib.

aia.az Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin sentyabr ayında illik inflyasiya 33.29% təşkil edib. Avqust ayında bu rəqəm 32.95% təşkil etmişdi. Sentyabr ayında istehlak qiymətləri əvvəlki aya görə 3.23% artıb.

Qeyd edək ki, son bir ildə ərzaq və alkoqolsuz içkilər üzrə 36.06%, nəqliyyatda 25.30%, mənzillərdə isə 51.36% artım müşahidə olunub.

Xatırladaq ki, Türkiyədə inflyasiya 2022-ci ilin oktyabrında son 24 ilin ən yüksək həddi – 85,5% səviyyəsinə çatıb. Ötən il ən yüksək göstərici (75,45%) may ayında, bu il isə yanvar ayında (42,12%) qeydə alınıb.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-10-2025