“Böyük iyirmilik” ölkələrinin Parlament Sədrlərinin 11-ci Sammiti başa çatıb -Fotolar
Tarix: 03-10-2025 | Saat: 12:13
Bölmə:Gündəm / Parlament | çapa göndər

Cənubi Afrika Respublikasının Keyptaun şəhərində keçirilən “Böyük iyirmilik” ölkələrinin (G20) Parlament Sədrlərinin 11-ci Sammiti başa çatıb. Sammitdə iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova tədbirin bağlanış mərasimində iştirak edib.
Mərasimdə çıxış edənlər Sammitin uğurlu təşkil olunduğunu qeyd edərək, tədbirdə bir çox mühüm və böyük aktuallıq kəsb edən mövzuların parlamentarilər tərəfindən müzakirə edildiyini və səmərəli fikir mübadiləsi aparıldığını diqqətə çatdırıblar.
Sammitin ev sahibi Cənubi Afrika Respublikasının Milli Assambleyasının sədri Toko Didiza Azərbaycan parlamentinin spikeri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovaya tədbirdə iştirakına görə təşəkkürünü bildirib.
Sahibə Qafarova mərasim çərçivəsində Zimbabve Milli Assambleyasının spikeri Yakob Mudenda, CAR Milli Assambleyasının sədri Toko Didiza, Braziliya parlament nümayəndə heyətinin rəhbəri Cek Roça ilə görüşüb.
Görüşlərdə P20 Sammitinin və orada müzakirə olunan məsələlərin vacibliyi qeyd olunub, parlamentlərarası və dövlətlərarası qarşılıqlı münasibətlərin perspektivləri barədə danışılıb.
Spiker Sahibə Qafarova bu sammitin yüksək səviyyədə təşkilinə və Azərbaycan Parlamentinin, həmçinin Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri kimi onun fəaliyyətinə verilən yüksək qiymətə görə CAR Milli Assambleyasının sədri Toko Didizaya təşəkkürünü bildirib.
Xatırladaq ki, spiker Sahibə Qafarova Cənubi Afrika Respublikasına işgüzar səfəri çərçivəsində Sammitin açılış mərasimində və tədbir çərçivəsində keçirilən “Fəlakətlərə qarşı dayanıqlığın və cavab tədbirlərinin gücləndirilməsi” mövzusunda müzakirələrdə çıxış edib.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər