Yaponiyanın Fukuşima Atom Elektrik Stansiyasından tullantı sularının axıdılması 2037-ci ilə qədər və ya daha sonra təxirə salına bilər
Tarix: 29-07-2025 | Saat: 17:21
Bölmə:Özəl | çapa göndər

Bildirilib ki, Yaponiyanın Fukusima Daiiçi Atom Elektrik Stansiyasında yığılan radioaktiv təmizlənmiş tullantı sularının okeana axıdılması 2037-ci ilə qədər və ya daha sonra təxirə salına bilər.
Yapon mətbuatının məlumatına görə, Yaponiya Nüvə Zərərinin Kompensasiyası və İstismar Agentliyinin rəsmisi Fuketa Toyoşi məsələ ilə bağlı açıqlama verib.
Fukuşima Daiiçi Atom Elektrik Stansiyasının planlaşdırıldığı kimi 2030-cu ilə qədər deyil, daha çox 2037-ci ildə və ya daha sonra boşaldıla biləcəyini və planda bəzi çətinliklərin olduğunu bildirib.
Atom elektrik stansiyasının operatoru olan Tokyo Electric Power Company (TEPCO) tərəfindən verilən açıqlamada, reaktorun istismardan çıxarılması prosesinin 2051-ci ilə qədər başa çatdırılması istiqamətində işlərin davam etdiriləcəyi bildirilib.
Bəyanatda hədəfdən əl çəkmədiyi, prosesin inkişafının hələ gözlənildiyi, uzunmüddətli planlara dəyişikliklərlə bağlı yekun qərarın hökumətin olduğu qeyd edilib.
Həmçinin qeyd olunub ki, bu plan Yaponiya hökuməti və AES-in operatoru olan TEPCO-nun 2051-ci ilə qədər reaktorların istismardan çıxarılmasına mane ola bilər.
2011-ci il martın 11-də Yaponiyada baş verən 9 bal gücündə zəlzələ və ondan sonra baş vermiş sunami Fukusima Daiiçi Atom Elektrik Stansiyasında radioaktiv sızmaya səbəb olub. Ərazidəki on minlərlə sakin sızıntıdan sonra evlərini tərk etmək məcburiyyətində qalıb.
Sızıntının tam qarşısının alınması və zavodun sökülməsi üçün onilliklər lazım olduğu təxmin edilir.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
30-07-2025
29-07-2025