Mobil versiya
Feliks Ronaldo ilə komanda yoldaşı oldu
Tarix: 29-07-2025 | Saat: 17:25
Bölmə:İdman | çapa göndər

Feliks Ronaldo ilə komanda yoldaşı oldu

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” komandası İngiltərənin “Çelsi” klubundan Joau Feliksi transfer edib.

aia.az klubun rəsmi saytına istinadən xəbər verir ki, portuqaliyalı futbolçu ilə 2 illik müqavilə imzalanıb.

London təmsilçisi forvardın satışından bonuslarla birlikdə 50 milyon avroya yaxın gəlir əldə edəcək.

Qeyd edək ki, Joau Feliks "Çelsi"yə 2024-cü ilin yayında İspaniyanın "Atletiko Madrid” klubundan keçib. Hücumçu ötən mövsümün ikinci yarısını icarə əsasında "Milan"da keçirib.

“Əl-Nəsr”də Feliksin Portuqaliya millisindən komanda yoldaşı olan Kriştianu Ronaldo da çıxış edir.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-07-2025