Mobil versiya
Netanyahunun Amerika ictimaiyyəti arasında nüfuzu tarixdə ən pis səviyyəyə düşüb
Tarix: 29-07-2025 | Saat: 21:44
Bölmə:Özəl | çapa göndər

Netanyahunun Amerika ictimaiyyəti arasında nüfuzu tarixdə ən pis səviyyəyə düşüb

Bu yaxınlarda ABŞ-da aparılan sorğu göstərdi ki, Amerika ictimaiyyətinin yarıdan çoxu İsrailin baş naziri Benyamin Netanyahuya mənfi baxır, onun oradakı imici bütün zamanların ən aşağı həddə çatıb.
Amerikanın “Gallup” tədqiqat firmasının son sorğusu həm İsrailin Qəzzada soyqırımına, həm də ABŞ-da Netanyahuya dəstəyin əhəmiyyətli dərəcədə azaldığını göstərib.

Sorğunun nəticələrinə görə, yetkin amerikalıların 52 faizi İsrailin baş naziri Netanyahuya “mənfi” fikir bildirib. Yalnız 29 faiz Netanyahu haqqında müsbət fikirdədir.

Gallup bildirib ki, bu, Netanyahunun 1997-ci ildə firmanın sorğularına ilk dəfə daxil edildiyindən bəri aldığı ən "mənfi" reytinqdir.

Yeni sorğunun nəticələrinə görə, ABŞ-da böyüklərin təxminən 60 faizi İsrailin Qəzzaya hücumlarını bəyənmir. Bunun əksinə olaraq, İsrailin Qəzzaya hücumlarına dəstək Amerika ictimaiyyəti arasında 32 faizə düşüb ki, bu da 2023-cü ildən bəri ən aşağı səviyyədir.

Respublikaçılar arasında İsraili bəyənmə üçdə ikidə qalsa da, demokratlar arasında 8 faizə, müstəqillər arasında isə 25 faizə düşüb.

Gənclər İsraili cəmi 10 faiz dəstəkləyir
Bundan əlavə, sorğunun əsas məlumatları göstərir ki, 35 yaşdan kiçik Amerika respondentləri arasında İsrailə dəstək cəmi 10 faizdir.

Maraqlıdır ki, yaşı 55 və yuxarı olan respondentlər arasında İsrailə dəstək 50 faizə yaxın artıb.

Gallup-un 2023-cü il oktyabrın 7-dən etibarən müntəzəm olaraq keçirdiyi sorğuların sonuncusu 7-21 iyul tarixlərində keçirilib.

aia.az
Tərcümə şöbəsi



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-07-2025