Manaf Manafov: "Azərbaycan dili və əlifbamız — milli kimliyimizin təməlidir"
Tarix: 29-07-2025 | Saat: 12:35
Bölmə:Manşet / Siyasət / Özəl | çapa göndər

Hər il 1 avqust tarixində xalqımız üçün böyük əhəmiyyət daşıyan bir günü — Azərbaycan əlifbası və Azərbaycan dili gününü qeyd edirik. Bu gün bizim milli varlığımızın, mənəvi dəyərlərimizin və tariximizin təcəssümüdür. Ana dilimiz təkcə ünsiyyət vasitəsi deyil, həm də milli düşüncəmizin, tariximizin və mədəniyyətimizin daşıyıcısıdır. 1992-ci ildən etibarən qəbul olunan latın qrafikalı Azərbaycan əlifbası, müstəqil dövlətçilik yolunda atılan önəmli addımlardan biri olmuşdur. Bu əlifba keçmişimizlə gələcəyimiz arasında körpü yaratmaqla bərabər, dünya ilə daha geniş inteqrasiya imkanları da təmin etdi.
Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra latın qrafikalı Azərbaycan əlifbasının bərpası üçün tarixi şərait yarandığını bildirən Manaf Manfov 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olunduğunu, 2001-ci ildə isə, artıq latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldığını söylədi: "Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq, Ulu Öndər Heydər Əliyevin 2001-ci il avqustun 9-da imzaladağı Fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edildi və bu günü hər il qeyd edirik".
Manaf Manfov bildirdi ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin böyük önəm verdiyi dil siyasəti müasir dövrümüzdə Onun siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən də uğurla davam etdirilir. “Dövlət başçısının məlum Sərəncamı ilə Azərbaycan ədəbiyyatı, mədəniyyəti və elminin ən gözəl nümunələrinin latın qrafikası ilə yenidən nəşri kütləvi şəkildə həyata keçirildi. Tarixin dönəmlərində müxtəlif təqiblərə məruz qalan əlifbamız bir neçə dəfə dəyişdirilsə də, bu günün zamanı artıq bunu qəbul etmir, Azərbaycanın müstəqil dili və əlifbası var. Ulu Öndər Heydər Əliyev dəfələrlə vurğulayırdı ki, "Azərbaycan dilini yaşatmaq, inkişaf etdirmək və gələcək nəsillərə ötürmək hər bir azərbaycanlının borcudur." Məhz bu prinsip əsasında dilimizə dövlət dili statusu verildi və onun qorunması üçün mühüm qərarlar qəbul olundu. Bu gün biz gənc nəsil olaraq öz dilimizi sevməli, onu öyrənməli və gələcək nəsillərə olduğu kimi, saf şəkildə ötürməliyik. Dilimizi qorumaq, əslində, milli kimliyimizi qorumaq deməkdir”.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-07-2025