Mobil versiya
Hesablama Palatası 65 milyonluq maliyyə pozuntusu aşkarlayıb
Tarix: 29-07-2025 | Saat: 15:34
Bölmə:İqtisadiyyat | çapa göndər

Hesablama Palatası 65 milyonluq maliyyə pozuntusu aşkarlayıb

Bu ilin birinci yarısında Hesablama Palatası həyata keçirdiyi kənar dövlət maliyyə nəzarəti tədbirləri ilə ümumilikdə 65 milyon manatlıq maliyyə pozuntusu aşkarlayıb.

aia.az xəbər verir ki, bu barədə Hesablama Palatasının 2025-ci ilin 6 ayı üzrə fəaliyyətinə dair məlumatda bildirilib.

Bu məbləğin 17,8 milyon manatı birbaşa büdcəyə hesablanmış zərər kimi qiymətləndirilib. Qalan hissə digər növ pozuntularla əlaqəlidir.

Aşkarlanan pozuntular əsasən büdcə vəsaitlərinin təyinatı üzrə istifadə olunmaması, dövlət satınalmaları ilə bağlı qanunvericiliyin pozulması, artıq xərclərə yol verilməsi və maliyyə hesabatlarında təhriflərlə bağlı olub.

Hesablama Palatası audit nəticələrinə uyğun olaraq aidiyyəti qurumlara tövsiyələr və təkliflər göndərib. Bununla yanaşı, bəzi hallarda pozuntuların aradan qaldırılması və vəsaitlərin bərpası istiqamətində tədbirlər görülüb.


aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-07-2025