Mobil versiya
Azər Kərimli: Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı və işlək dilə çevrilməsi Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsidir
Tarix: 29-07-2025 | Saat: 12:15
Bölmə:Manşet / Siyasət | çapa göndər

Azər Kərimli: Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı və işlək dilə çevrilməsi Ulu Öndər Heydər Əliyevin düşünülmüş siyasətinin nəticəsidir

“Hər il 1 avqust tarixi ölkəmizdə ən əziz günlərdən biri kimi qeyd olunur. Həmin gün milli varlığımızın əsas atributlarından olan Ana dilimizlə, əlifbamızla bağlıdır. Dil millətin simasını səciyyələndirən amillərdən biri, onun milli sərvətidir. Millətin dilinin dövlət dili statusuna yüksəlməsi isə tarixi hadisə, milli dövlətçilik tarixinin qızıl səhifəsidir. Bu məqam millətin bir millət olaraq özünü təsdiqi, öz taleyinə sahibliyinin, dövlət qurmaq və qorumaq qüdrətinin, eyni zamanda dilinin zənginliyinin sübutudur. Azərbaycan dilinin dövlət statuslu dillər arasında olmasına görə bu dilin mənəvi dirilik atributuna çevrilməsi yolunda böyük fədakarlıqlar göstərmiş Ümummilli Lider Heydər Əliyevin xidmətləri xüsusi ilə vurğulanmalıdır”.

Bu fikirləri aia.az-ın əməkdaşı ilə söhbətində Milli Məclisin deputatı Azər Kərimli səsləndirib.

Azər Kərimli bildirib ki, Ulu Öndər milli-mənəvi dəyərlərimizin ən qiymətlisi və bir millət kimi milli varlığımızın rəmzi olan Azərbaycan dilinin saflaşdırılması və inkişafı istiqamətində çox mühüm addımlar atıb: “Ölkəmizdə Azərbaycan dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması Ana dilimizin gözəl bilicisi, mahir natiq Ulu Öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir. Ümummilli Lider Heydər Əliyevin - “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Bizim ən böyük sərvətimiz ondan ibarətdir ki, dilimiz yaşayıb və zənginləşibdir. Azərbaycan ədəbi dilinin saflığına daim qayğı göstərilməlidir. Çünki dil xalqın sərvətidir. Ədəbi dilin tərəqqisi olmadan mənəvi mədəniyyətin tərəqqisi mümkün deyildir” – qanadlı kəlamları xalqımızın dahi oğlunun dilimizə verdiyi qiymətin təcəssümüdür”.
Millət vəkili Azər Kərimli bildirib ki, bütün maneələrə və çətinliklərə baxmayaraq ana dilimizi qorumaq üçün böyük addımlar atan Ümummilli Liderin siyasi xətti cənab Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir: “Dövlətimizin başçısının 2018-ci il noyabrın 1-də imzaladığı “Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ölkəmizdə dövlət dilinin daim diqqət mərkəzində saxlanıldığını bir daha təsdiq edir. Dil quruculuğu ilə bağlı olan bu sənəd Azərbaycan dilinin milli-mənəvi, siyasi-hüquqi statusunun möhkəmlənməsi istiqamətində atılmış mühüm addımlardan biridir. Cənab Prezident İlham Əliyev deyir: “Ana dilimizə hörmət və qayğı daim olmalıdır. Biz ana dilimizi xarici təsirlərdən qorumalıyıq. Ana dilimiz bizim toxunulmaz sərvətimizdir. Azərbaycan xalqının formalaşmasında, müstəqil Azərbaycanın formalaşmasında ana dilimiz – Azərbaycan dili müstəsna rol oynamışdır. Biz elə etməliyik ki, dilimizin saflığını daim qoruyaq. Bu məsələyə çox ciddi diqqət göstərilməlidir”.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
29-07-2025