Respublikası Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın yeni tərkibi seçilib -Fotolar
Tarix: 29-07-2025 | Saat: 11:54
Bölmə:Ölkə | çapa göndər

“İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa, bu Qanunun tətbiqi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına, eləcə də Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi “İctimai şuranın vətəndaş cəmiyyəti institutları tərəfindən seçilməsinə dair Əsasnamə”yə uyğun olaraq Dövlət Miqrasiya Xidməti yanında İctimai Şuranın (bundan sonra – İctimai Şura) yeni tərkibinin formalaşdırılması məqsədilə 28 iyul 2025-ci il tarixində yeni seçki keçirilib.
Seçkinin təşkili üçün 9 nəfərdən ibarət Seçki Komissiyası yaradılıb. Seçkilərin keçiriləcəyi barədə əvvəlcədən ictimaiyyətə rəsmi elan verilib. İctimai Şuraya üzv olmaq üçün ümumilikdə 27 nəfərin namizədliyi qeydə alınmışdır.
Seçkinin nəticələrinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş səs çoxluğunu toplamış 9 namizəd İctimai Şuranın yeni tərkibinə üzv seçilib və namizədlərin arasında artıq 5-ci dəfə bu etimadı qazanmış Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Baş katibinin müavini, Miqrasiya şöbəsinin müdiri Kətanov Məmməd Teymur oğlu İctimai Şuraya üzv seçilib.
Dövlət Miqrasiya Xidməti yanında fəaliyyət göstərən İctimai Şura miqrasiya sahəsinə dair məsələlərin müzakirə olunması, müvafiq təkliflərin hazırlanması, qanun layihələrinin təkmilləşdirilməsi, ictimai rəyin öyrənilməsi və Xidmətin fəaliyyətinə ictimai nəzarətin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərir. “İctimai iştirakçılıq haqqında” Qanuna əsasən, İctimai Şuranın səlahiyyət müddəti iki ildir. Ümid edirik ki, Məmməd Kətanovun Azərbaycan QAC-da miqrasiya sahəsində əldə etdiyi bilik və təcrübə, eləcə də bu illər ərzində İctimai Şurada qazandığı təcrübə onun Şuradakı gələcək fəaliyyətinə öz müsbət təsirini göstərəcək.
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
29-07-2025