Mobil versiya
XİN: İranın Azərbaycandakı yeni səfiri seçilib
Tarix: 02-06-2025 | Saat: 12:48
Bölmə:Dünya | çapa göndər

XİN:

İranın Azərbaycandakı yeni səfirinin seçilməsi ilə bağlı inzibati proses başa çatıb.

aia.az xəbər verir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bugünkü mətbuat konfransında bildirib.

Bəqai bildirib ki, İranın Azərbaycandakı səfiri seçilib və təqdim olunub.

"Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əlaqələr bizim üçün çox önəmlidir. İranın Azərbaycandakı yeni səfirinin seçilməsi ilə bağlı inzibati proses başa çatıb, arzu olunan şəxs seçilib və bununla bağlı müvafiq proses davam edir. O, Avrasiya üzrə ixtisaslaşmış çox təcrübəli və tanınmış diplomatdır", - İran XİN rəsmisi qeyd edib.

Onun sözlərinə görə, inzibati proses başa çatdıqdan sonra səfirin adı açıqlanacaq.

aia.az



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
03-06-2025