Nəqliyyat Nazirliyi Krım körpüsündə vəziyyətlə bağlı məlumat yayıb
Tarix: 03-06-2025 | Saat: 20:39
Bölmə:Özəl | çapa göndər

Krım körpüsündə avtomobillərin hərəkəti adi rejimdə həyata keçirilir, bağlanmalar sürücülər üçün ciddi çətinlik yaratmayıb. Bu barədə Rusiya Nəqliyyat Nazirliyi məlumat yayıb.Onlar qeyd ediblər ki, iyunun 3-də Krım körpüsündə nəqliyyatın hərəkəti iki dəfə bağlanıb.
"Krım körpüsündə nəqliyyatın hərəkəti normal işləyir. Tıxaclar sürücülər üçün ciddi çətinlik yaratmayıb", - mətndə deyilir.Hazırda Krım körpüsündə avtonəqliyyat vasitələrinin hərəkəti lazımi yoxlama prosedurlarından keçdikdən sonra hər iki istiqamətdə adi qaydada həyata keçirilir.Xatırladaq ki, Krım körpüsündə hərəkət iyunun 3-də saat 6:00 radələrində və 15:00-dan sonra bağlanıb. Birinci halda, üç saatdan sonra, ikincidə isə təxminən 2,5 saatdan sonra bərpa edildi. Bağlanmanın səbəbləri ilə bağlı rəsmi açıqlama verilməyib. Eyni zamanda Ukrayna mediası Krım körpüsünün SBU tərəfindən hücuma məruz qaldığını, lakin yalnız qoruyucu maneələrin zədələndiyini bildirib.
Bunu şərh edən yarımadanın səlahiyyətliləri bu xəbərləri təxribat və saxta adlandırıblar. Qeyd edək ki, Kerç boğazından keçən nəqliyyat keçidi təhlükəsizlik baxımından vaxtaşırı avtomobillər üçün bağlanır.
aia.az
Tərcümə şöbəsi
Məlumatlanmaq üçün Facebook səhifəmizi
Digər xəbərlər

Xəbəri paylaş
Digər xəbərlər
05-06-2025