Mobil versiya
Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirmişdir
Tarix: 03-06-2025 | Saat: 17:45
Bölmə:Özəl | çapa göndər

Ermənistanın işğalçılıq siyasəti Azərbaycana böyük faciələr gətirmişdir

Azərbaycan xalqı XX əsrdə bir çox ağır sınaqlardan keçmişdir. Bu acı tarixlərdən biri də Xocalı şəhərində baş verən soyqırımıdır. 1992-ci ilin fevral ayında Ermənistan silahlı qüvvələrinin törətdiyi bu dəhşətli hadisə nəticəsində 613 günahsız insan, o cümlədən qadınlar və uşaqlar vəhşicəsinə qətlə yetirilmişdir. Bu faciə, Ermənistanın Azərbaycana qarşı apardığı genişmiqyaslı təcavüzkar siyasətinin ən qanlı səhifələrindən biridir. Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən cəmi yeddi ay sonra Laçın rayonu erməni silahlı birləşmələrinin işğalına məruz qalmışdı. Ondan əvvəl isə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa ələ keçirilmişdi. Ermənistanın bu təcavüzkar planı təkcə bununla bitməmiş, beynəlxalq dəstəyə arxalanaraq Azərbaycanın təqribən 20 faiz ərazisi – Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla – işğal edilmişdi. Nəticədə yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından didərgin salınaraq qaçqın və məcburi köçkünə çevrilmişdi. Azərbaycan bu ədalətsizliklə heç vaxt barışmadı. Dövlətimiz illər ərzində gücləndi – həm iqtisadi, həm siyasi, həm də hərbi baxımdan. Biz beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək haqlı mövqeyimizi dünyaya çatdırmağa çalışdıq. Ölkədə iqtisadi inkişafın təmin edilməsi ordu quruculuğuna da böyük töhfə verdi. Güclü siyasi rəhbərlik, vətənpərvər ruhda yetişən gənc nəsil və müasir hərbi potensial Azərbaycanın gələcək qələbəsinin əsas təməl daşları oldu. Nəticə etibarilə, 2020-ci ilin payızında başlanan 44 günlük Vətən müharibəsi Azərbaycanın tarixində dönüş nöqtəsinə çevrildi. Hər gün irəliləyən Azərbaycan Ordusu bir çox strateji əhəmiyyətli əraziləri – Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan, Qubadlı və nəhayət, Şuşa şəhərlərini azad etdi. 8 noyabrda Şuşanın azad edilməsi Ermənistan ordusunda təslimçilik meyillərini artırdı və bir gün sonra Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. Bu razılaşma nəticəsində Laçın, Kəlbəcər və Ağdam rayonları heç bir döyüş aparılmadan Azərbaycana qaytarıldı. Bununla da regionda geosiyasi reallıqlar kökündən dəyişdi. Azərbaycanın 2023-cü ildə həyata keçirdiyi antiterror tədbirləri isə ölkəmizin suverenliyinin tam bərpasına səbəb oldu və separatizmin sonuna birdəfəlik nöqtə qoyuldu. Bu şanlı səhifə, Azərbaycan xalqının birliyinin, dözümünün və azadlıq uğrunda apardığı mübarizənin simvoluna çevrildi.

Fənar Qənbərova
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü
Laçın rayon Ədalət Məmmədov adına Zabux kənd tam orta məktəbində müəllim



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə