Mobil versiya
Həmkarlar ittifaqının nümayəndələri Xalq artisti Arif Babayevi ziyarət ediblər -Foto
Tarix: 03-06-2025 | Saat: 12:59
Bölmə:Manşet / Ölkə | çapa göndər

Həmkarlar ittifaqının nümayəndələri Xalq artisti Arif Babayevi ziyarət ediblər

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv təşkilatı Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Elkiyar Ziyadov “Bilgəh” sanatoriyasında dincələn görkəmli xanəndə, Xalq artisti Arif Babayevi ziyarət edib.

Muğam sənətimizin inkişafındakı xidmətlərinə görə “Şöhrət”, “İstiqlal” və “Şərəf” ordenləri, “Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif olunmuş Arif Babayevlə görüşdə sənətkarın səhhəti ilə maraqlanılıb, ona diqqət və ehtiram göstərilib. Eyni zamanda xanəndənin Heydər Əliyev Mükafatına layiq görülməsi münasibətilə təbriklər çatdırılıb.
Görüş zamanı Respublika Komitəsi tərəfindən mədəniyyət işçilərinin sosial rifahının yaxşılaşdırılması, peşəkar inkişafının və yaradıcılıq imkanlarının genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər barədə danışılıb.

Xalq artisti göstərilən diqqət və qayğıya görə həmkarlar ittifaqının nümayəndələrinə təşəkkür edib.



Məlumatlanmaq üçün Facebook səhifəmizi


Xəbəri paylaş


Digər xəbərlər



Xəbərə şərh yaz
Ad və soyad:*
E-Mail:
Şərhiniz:
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə
05-06-2025